Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Okt

    dsc_6628-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8c2xoruzlu-qazTərtər rayonunun təbii qazla təmin olunan kəndləri sırasına Xoruzlu kəndi də əlavə olunub. 309 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 650 metr polietilen və ümumi uzunluğu 18 min 626 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyici quraşdırılıb. Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə Tərtər rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, rayonda gedən sosial-iqtisadi inkişafdan, həyata keçirilən layihələrdən danışıb. Bildirib ki, Tərtər rayonunun düşmənlə 48 km təmas xətti var. Bugünədək tərtərlilər düşmənə bir qarış da torpaq verməyiblər. 1-5 aprel tarixlərdə ən qızğın döyüşlər getdiyi vaxtda da tərtərlilərin əlləri işdən soyumadı, rayonda yol, sukanalizasiya, qaz çəkilişi davam etdirildi, işıq dirəkləri dəyişdirildi, tikinti-abadlıq işləri aparmaqla düşmənə mənəvi zərbə vuruldu. Bu tədbir də o günlərin gərgin əməyinin nəticəsidir.
    Rayon rəhbəri qeyd edib ki, Tərtər rayonunun 51 yaşayış məntəqəsindən 40-ı təbii qazla təmin olunub. Rayonun Seydimli, Ağkənd və Azadqaraqoyunlu kəndlərində qaz xətlərinin çəkilişi davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.
    Tədbirdə çıxış edən Xoruzlu kənd İƏD üzrə nümayəndə Fazil Əbdüləzimov, Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Qurban Mehdiyev, kənd sakinləri Vəli Xasıyev, Brilyant Musayeva, Mayıl Alışov regionların sosial-iqtisadi inkişafına, əhalinin sosial problemlərinin həllinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıblar. Sakinlər kəndlərinin təbii qazla təmin olunmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
    Sonda Müstəqim Məmmədov bir daha sakinləri kəndə qazın verilməsi münasibəti ilə təbrik edərək, ağsaqqalların iştirakı ilə “mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırıb və kənd sakini Elmir Mehdiyevin fərdi yaşayış evində təbii qazın yandırılmasında iştirak edib.

    Müəllif: Redaktor, 12:44

    Teqlər:

İsmarıclar bağlıdır.