Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Okt

    BURA VƏTƏNDİR…

    333O tarixi gündən bizi 25 il ayırır. Məhz həmin gün –18 oktyabr 1991-ci il tarixində xalqımızın çoxillik arzusu gerçəkləşdi. Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. XX əsrdə ikinci dəfə Azərbaycan müstəqilliyə qovuşdu. Lakin bu müstəqillik çox kövrək idi.bu
    SSRİ-nin dağılması nəticəsində müttəfiq respublikalar arasında əlaqələr kəsilmiş, bu isə Azərbaycanın da iqtisadiyyatına öz təsirini göstərmişdir. Bütün sahələrdə, o cümlədən sənayedə, kənd təsərrüfatında geriləmələr, dağıntılar müşahidə edilirdi. Ermənistanın Azərbaycana qarşı apardığı elan olunmamış müharibə isə vəziyyəti daha da ağırlaşdırırdı. Ölkədə hökm sürən xaos və anarxiya Azərbaycanın parçalanması təhlükəsini yaradırdı. Bu vəziyyətdə xalqın yeganə ümidi güclü və ağıllı lider idi. Azərbaycan xalqı bu lideri yalnız Heydər Əliyevin şəxsiyyətində görürdü. Onun hakimiyyətə ikinci qayıdışı kövrək müstəqilliyimizi əbədi və dönməz etdi, Azərbaycanı güclü dövlətlər sırasına çıxardı. Ümummilli Lider respublikamızı Şərqdə ilk demokratik cümhuriyyət olan AXC-nin varisi elan etdi.
    Müstəqillik illərində xalqımız öz sərvətlərinin sahibinə çevrildi. 1994-cü ilin 20 sentyabrında Heydər Əliyevin müəllifi olduğu nəhəng neft kontraktı–“Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi, onun nüfuzu dünya səviyyəsində artdı.
    Öz-özümə sual verirəm: 25 illik müstəqil həyatımız bizə nə verib? Ölkə miqyasında görülən işləri sadalamaqla qurtaran deyil, ona görə də doğma Tərtərimizə nəzər salıram. Palçıqlı küçələr, yöndəmsiz köşklər əvəzinə gözlərim qarşısında yaraşıqlı Heydər Əliyev prospekti, gecələr nura qərq olan geniş küçələr, bu küçələrdə sakinlərin tikdirdikləri bir-birindən gözəl, müasir evlər canlanır.
    Yeni tikilən binaları isə sadalamaqla qurtaran deyil…
    Qarabağ müharibəsi veteranları və şəhid ailələri üçün çoxmərtəbəli yaşayış binaları və fərdi evlər, yeni məktəblər, uşaq bağçaları, inzibati binalar və s. Hal-hazırda inşası davam etdirilən şahmat məktəbinin, tarix-diyarşünaslıq muzeyinin binaları isə Heydər Əliyev prospektinə yeni yaraşıq verəcək.
    Tərtər həmişə yaşıl şəhər olub. İndi bu gözəllik daha da artıb, insanların istirahəti üçün yeni parklar, xiyabanlar salınıb.
    Bütün bunlar öz yerində, amma, yəqin hər bir tərtərli təsdiqləyər ki, müstəqilliyimizin bizə verdiyi ən böyük töhfələr sosial sahə ilə bağlıdır. Yəni, əgər 90-cı illərin əvvəllərində biz ciddi surətdə işıq, təbii qaz, içməli su problemləri ilə üzləşirdiksə, indi bütün bunlar keçmişdə qalıb. Nəinki şəhərin özündə, elə kəndlərdə də əhali 24 saat ərzində elektrik enerjisi ilə təmin olunur, rayonun 100 faiz qazlaşdırılması isə yaxın zamanlarda başa çatdırılacaq. Hal-hazırda yekunlaşmaqda olan şəhərimizin və ətraf 11 kəndin su-kanalizasiya layihəsi isə içməli su sarıdan olan problemləri tamamilə aradan qaldıracaq.
    Bu gün tərtərlilərin həyatı heç də şəhər əhalisinin şəraitindən geri qalmır. Məhz bu səbəbdən də indi Tərtərə yaşamağa gələnlərin sayı gedənlərdən çoxdur. Bunun bir səbəbi də var ki, bu da yeni iş yerlərinin açılmasıdır. Həm mövcud idarə və müəssisələrdə, həm də şəhərin abadlaşdırılması, yaşıllaşdırılması sahəsində onlarla yeni iş yerinin açılması neçə-neçə ailənin dolanışığına müsbət təsir etmişdir.
    Bu günlərdə Sabirabadda keçirilən müşavirədə Prezident İlham Əliyevin pambıqçılığın inkişafı ilə bağlı verdiyi tap-şırıqlar, tövsiyələr həyata keçiriləndən sonra isə əlavə yüzlərlə insan işlə təmin olunacaq. Yəni indi hər kəs yaxşı dolanmaq, ailəsini təmin etmək istəyirsə, dövlətimiz ona hər cür şərait yaradır. Bu da müstəqilliyimizin bəhrələrindən biridir.
    Müstəqillik illərində Azərbaycan yüksək dərəcədə inkişaf etmiş sivil, tolerant, multikultural bir ölkəyə çevrilib. Təhsilin, mədəniyyətin, səhiyyənin inkişafında uğurlar qazanılıb.
    Müstəqilliyinin 25-ci ildönümü mübarək, əziz ölkəm!

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 11:02

    Teqlər:

İsmarıclar bağlıdır.