Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Okt

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-014Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25 illiyi ilə əlaqədar YAP Tərtər rayon təşkilatında tədbir keçirildi. Tədbirə təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin YAP üzvləri dəvət olunmuşdular. Toplantını YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov açdı. Bildirdi ki, 25 il zaman olaraq böyük bir dövrü əhatə etsə də, dövlətçiliyin yaranması, inkişafı baxımından olduqca kiçik bir zaman kəsiyidir.
    Azərbaycanın ikinci dəfə müstəqilliyini əldə etməsi ağır, məşəqqətli bir dövrə təsadüf edirdi. Digər keçmiş sovet respublikaları kimi, Azərbaycanın da qarşısında mühüm siyasi, sosial, iqtisadi, hüquqi islahatların həyata keçirilməsi zərurəti dururdu. Təəssüf ki, ötən əsrin 90-cı illərinin əvvəlində hakimiyyətdə olan səriştəsiz qüvvələr həyati əhəmiyyətli islahatları nəinki reallaşdıra bilmədilər, əksinə bu qüvvələrin yarıtmaz fəaliyyəti nəticəsində respublikamız müstəqilliyini itirmək təhlükəsi ilə üzbəüz qaldı.
    Məhz belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra 1993-cü ilin iyun ayından başlayaraq Azərbaycan dövlətinin xilası istiqamətində müsbət dəyişikliklərə başlandı.
    Ölkə daxilində mövcud problemlərin tədricən aradan qaldırılması, iqtisadiyyatın inkişaf yoluna qədəm qoyması Azərbaycanın xarici siyasətdə də daha fəal, qətiyyətli addımlar atmasına şərait yaratdı. Ulu Öndərin ciddi səyləri nəticəsində bölgədə, ümumilikdə dünyada Azərbaycana münasibətdə müsbətə doğru meyillər artmağa başladı.
    Təbii ki, 25 illik müstəqillik tariximizdə ölkəmizin siyasi həyatı da kifayət qədər zənginləşib.
    Mübaliğəsiz şəkildə demək olar ki, həyatımızda mühüm yer tutan siyasi qurum Yeni Azərbaycan Partiyasıdır. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası 25 illik tariximizin canlı səhifəsidir. Ulu Öndərin siyasi kursunu inamla həyata keçirən Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində daim inkişafda olan ölkəmizin sosial rifah halının yaxşılaşması üçün Azərbaycanda lazım olan bütün imkanlar yaradılıb.
    Xalqımız qəlbən inandığı və siyasətini ürəkdən bəyəndiyi ölkə Prezidenti, YAP-ın sədri İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlar qazanacağına, bütün sahələrdə nailiyyətlərə imza atacağına ürəkdən inanır. Məruzəçi 18 oktyabr–Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi.
    Tədbirdə çıxışlar oldu.
    Yuxarı Sarıcalı kənd tam orta məktəbinin direktoru Yaşar Məmmədov, rayon mərkəzi xəstəxanasının feldşeri Azər Əhmədli, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, İrəvanlı kənd İƏD üzrə nümayəndə Bəxtiyar Cəfərov, rayon mədəniyyət və turizm şöbəsinin məsləhətçisi Ceyhun İsmayılov və YAP rayon təşkilatı aparatının işçisi Surxay Vəliyev müstəqilliyimizin 25-ci ildönümü ilə əlaqədar fikirlərini söylədilər.
    Tədbiri Ramiz Şabanov yekunlaşdırdı.

    Müəllif: Redaktor, 11:11

    Teqlər:

İsmarıclar bağlıdır.