Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Okt

    0c47435b1307ecc897679272c091fb40%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-123Tərtər rayonunun təbii qazla təmin olunan kəndləri sırasına Azadqaraqoyunlu kəndi də əlavə olunub. 317 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 503 metr polietilen və ümumi uzunluğu 34 min 54 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində 317 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
    Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin deputatı Sahib Alıyev, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, rayonda gedən sosial-iqtisadi inkişafdan, həyata keçirilən layihələrdən danışıb. Qeyd edib ki, Tərtər rayonunun 51 yaşayış məntəqəsindən 42-si təbii qazla təmin olunub. Hazırda rayonun qaz olmayan digər yaşayış məntəqələrində bu işlər davam etdirilir.
    Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin deputatı Sahib Alıyev, Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Qurban Mehdiyev çıxış edərək kənd sakinlərini əlamətdar gün münasibətilə təbrik edib, dövlətimiz tərəfindən regionların inkişafına göstərilən diqqət və qayğıdan danışıblar.
    Kənd sakinlərindən Qanboy Musayev, Arif Hüseynov, Firuzə Həsənova, Elmira Hüseynova regionların sosial-iqtisadi inkişafına, əhalinin sosial problemlərinin həllinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb, kəndlərinin təbii qazla təmin olunmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
    Sonda Müstəqim Məmmədov bir daha sakinləri kəndə qazın verilməsi münasibəti ilə təbrik edərək, kənd ağsaqqalları və qonaqların iştirakı ilə “mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırıb və kənd sakini Natiq Umudovun fərdi yaşayış evində təbii qazın yandırılmasında iştirak edib.

    Müəllif: Redaktor, 11:50

    Teqlər:

İsmarıclar bağlıdır.