Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Okt

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-2011%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-199Rayon Gənclər Mərkəzində keçirilən tədbirdə hesabat məruzəsi ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirdi ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf edib, şəhər və kəndlərdə tikinti-quruculuq və abadlıq işləri sürətlənib.Hesabat dövründə rayon üzrə ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 108,5 milyon manat təşkil edib. Sənaye məhsulunun həcmi 10,2 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 12,5 faiz, nəqliyyat sektorunda yükdaşımaların həcmi 4,3 faiz, sərnişin daşımalarının həcmi 5,2 faiz, pərakəndə ticarət dövriyyəsinin həcmi 0,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 1,8 faiz, kənd təsərrüfatının məhsulunun ümumi həcmi 3,2 faiz artıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2016-cı ildə rayonda 1035 hektar sahədə pambıq əkilib becərilmişdir. Əvvəlki ilə nisbətən pambıq əkini 88,2 faiz artmışdır. Hazırda pambıq yığımı uğurla davam etdirilir. Qəbul məntəqələrinə əvvəlki ilə nisbətən 2 dəfə çox pambıq təhvil verilib. 2017-ci ildə rayonda 3000 hektar sahədə pambıq, 2000 hektar sahədə şəkər çuğunduru əkilməsi, 20 ton barama istehsalı nəzərdə tutulmuşdur. Gələcəkdə baramaçılığın inkişaf etdirilməsi üçün rayonda 120 min ədəd çəkil tingi əkiləcəkdir. Bu məqsədlə sahələr müəyyənləşdirilmiş, qüvvələr səfərbər edilmiş və digər tədbirlər görülmüşdür. 2017-ci ildə illərdən bəri istifadə olumayan 300 hektar sahədə bağçılığı inkişaf etdirmək üçün xurma, fındıq, zeytun, badam və nar bağlarının salınması planlaşdırılmışdır.
    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-2221%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-218Həyata keçirilən tədbirlər nəticəsində rayonda dövr ərzində 2134 ton diri çəkidə ət, 15,3 min ton süd, 7 milyon 670 min ədəd yumurta, 125 ton yun və son 20 ildə ilk dəfə 959 kiloqram barama istehsal edilmişdir. İribuynuzlu mal-qaranın sayı 26,7 min başa, xırdabuynuzlu mal-qaranın sayı 73,1 min başa çatmışdır. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında rayonumuzda son 10 ildə 123 subartezian quyusu qazılıb istifadəyə verilmişdir. Sərsəng Su Anbarından ermənilər tərəfindən əkin, səpin və becərmə işləri zamanı suvarmada çətinliklər yaradılsa da, həmin artezianlar vasitəsi ilə təsərrüfatlarda su qıtlığı xeyli aradan qaldırılmışdır.
    Cari ilin 9 ayında rayonumuzda tikinti-quruculuq və abadlıq işləri sürətlə davam etdirilmişdir. 2016-cı ilin aprel ayında erməni silahlı birləşmələrinin növbəti təxribatı nəticəsində Tərtər şəhəri də daxil olmaqla 17 yaşayış məntəqəsində 256 yaşayış evinə, 4 məktəb binasına, 2 tibb məntəqəsinə, 1 körpələr evi-uşaq bağçasına, qaz, işıq, su, rabitə təsərrüfatına və əhalinin mal-qarasına və digər əmlaklarına müxtəlif dərəcədə ziyan dəymişdir. Bununla əlaqədar ölkə Prezidentinin Sərəncamı ilə zərər çəkmiş yaşayış evlərinin təmir-bərpası üçün vəsait ayrılmış və bu iş yüksək səviyyədə görülərək evlər sakinlərin istifadəsinə verilmişdir.YAP Tərtər Rayon Təşkilatı və Kənd Təsərrüfatı %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-217%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-214İdarəsi üçün yeni tikilmiş inzibati binaların tikintisi başa çatmış, mebel və avadanlıqlarla təchiz olunmuşdur. Tərtər şəhərində 8 ədəd çoxmərtəbəli yaşayış binalarının dam örtükləri əsaslı təmir olunmuş, 7 ədəd çoxmərtəbəli ictimai yaşayış binalarının fasad hissəsi və giriş blokları suvanıb rənglənmiş, bloklarda 57 pəncərə və 21 blok qapıları asılmışdır. Tərtər şəhərinin Heydər Əliyev prospektində və Elman Hüseynov, Famil Qulami, Şıxəli Qurbanov, Mehrac Mahmudov, Vasif Hüseynov, Fikrət Əmirov, Rasim Mürsəlov küçələrində ümumi uzunluğu 8 km olan yollara asfalt örtük çəkilmişdir. Mahir Əsədov küçəsinə asfalt örtüyün çəkilməsi üçün hazırlıq işləri aparılır. Tərtər şəhərinin Heydər Əliyev prospektində və Elman Hüseynov küçəsində səkilərə tamet daşları döşənmişdir. Elman Hüseynov küçəsində ümumi uzunluğu 4 km olan yeni səki daşlar─bardyor düzülmüş, kommunikasiya xətləri qaydaya salınmış, küçə genişləndirilmiş, burada yaşıllıq zolağı salınmış, gecə işıqlanması ilə təmin olunmuşdur. Şəhərin Nizami və Ədalət Paşayev küçələrində yeni salınmış nümunəvi məhəllələrdə 2 ədəd %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-212müasir yaşıl örtüklü kiçik idman meydançası tikilib istifadəyə verilmişdir. Tərtər şəhərində 100 yerlik yeni uşaq bağçasının və müasir tələblərə cavab verən yeni şahmat məktəbinin tikintisi davam etdirilir. Bu obyektlərdə də son tamamlama işləri aparılır. Tərtər şəhərin də ümumi sahəsi 1200 kvadratmetr olan ikimərtəbəli, zirzəmili, müasir üslubda tarix-diyarşünaslıq müzeyinin tikintisi aparılır. Rayonun 19 yaşayış məntəqəsini birləşdirən, Sarıcalı kəndi ərazisində, Tərtər çayı üzərində uzunluğu 106 metr, eni 11,5 metr olan 3 aşırımlı yeni körpünün tikintisi davam etdirilir. Respublika əhəmiyyətli Goranboy-Tərtər avtomobil yolunun 18-ci kilometrində, Sarov kəndi ərazisində, İncə çayı üzərində yerləşən, qəzalı vəziyyətdə olan körpünün yerində layihəsmeta sənədləri əsasında yeni körpünün tikintisinə başlanılmışdır. 2016-cı ilin 9 ayı ərzində rayonda ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində 30 mindən çox müxtəlif növ ağaclar və gül kolları əkilmiş, Tərtər çayı sahilində, 2,5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılmışdır. 2015-ci ilin iyun ayından etibarən Tərtər şəhərinin və ətraf 11 kəndin içməli su və kanalizasiya sisteminin qurulması layihəsinin icrasına başlanılmışdır. Bu işlər uğurla davam etdirilir.
    Tədbirdə rayon kənd təsərrüfatı idarəsinin rəisi Mehman Babayev, təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, mərkəzi xəstəxananın baş həkimi Yaşar Hüseynov, elektrik şəbəkəsinin rəisi Zülfü Salahov çıxış ediblər.
    Müzakirələr zamanı elektrik enerjisi, təbii qaz və su ilə təminat, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı istiqamətində görülən işlər ətraflı təhlil olunub, qazanılan uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından bəhs edilib.Yığıncaqda çıxış edən Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 ayın sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə tapşırıqlarının icrası ilə bağlı öz tövsiyələrini verib. Hesabat yığıncağı söylənilən təklif və qeydləri nəzərə alaraq müvafiq qərar qəbul edib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:08

    Teqlər:

İsmarıclar bağlıdır.