Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Noy

    3-sSon zamanlar respublikamızda şəkər çuğunduru əkini, onun becərilməsi və şəkər istehsalı aktual məsələyə çevrilib. Buna görə də respublikamızın əksər bölgələrində olduğu kimi rayonumuzda da şəkər çuğunduru sahələri ilbəil genişləndirilir. Müqayisə üçün qeyd edək ki, ötən il rayonumzun təsərrüfatlarında 724 hektar sahədə çuğundur əkilmişdisə, bu il həmin sahələr artırılaraq 1187 hektara çatdırılmışdır.
    Bir sıra təsərrüfatlarımızda fermerlər və ailə-fermer təsərrüfatlarının üzvləri çuğundur əkini sahələrinin becərilməsinə xüsusi diqqət yetirirlər. Rayon statistika idarəsinin məlumatına əsasən, bu il Yuxarı Qapanlı kəndində 282 hektar, Köçərlidə 145 hektar, Azadqaraqoyunluda 105 hektar, Hüsənlidə 75 hektar, İrəvanlı və İsmayılbəyli kəndlərinin hər birində 60 hektar, Buruc və Qaynaq kəndlərinin hər birində 57 hektar sahədə şəkər çuğunduru becərirlər.
    Fermerlərin bu sahəyə maraq göstərmələrinin əsas səbəbi ondan ibarətdir ki, bu bitkinin bazarı var. Onlar əvvəlcədən İmişlidəki şəkər çuğunduru zavodu ilə müqavilə bağlayırlar. Becərmə işlərində, mineral kübrələrin fermerlərə çatdırılmasında zavod insanlara lazımi kömək göstərir, tövsiyələr verir.
    Rayonumuzun təsərrüfatlarında şəkər çuğunduru plantasiyalarında becərmə, suvarma işləri keyfiyyətlə aparıldığından, tarlalarda bol məhsul hasilə gəlib. Bir neçə gündür ki, çuğundur yığımına başlanmışdır. Noyabrın 1-dək 697,5 hektar sahənin məhsulu yığılmış, şəkər zavoduna 29 min 407 ton keyfiyyətli məhsul təhvil verilmişdir. Yığımda adları yuxarıda qeyd olunan təsərrüfatlar irəlidə gedirlər. Məhsul tədarükü davam edir. Fermerlər gərgin zəhmət hesabına becərdikləri məhsulu itkisiz toplayıb zavoda təhvil verməyə çalışırlar.

    Əvəz Nəsirov

    Müəllif: Redaktor, 13:38

    Teqlər:

İsmarıclar bağlıdır.