Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Noy

    YÜKSƏK KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ İSTEHSALI BİTKİLƏR Ə AQROTEXNİKİ VƏ KİMYƏVİ QULLUQDAN KEÇİR

    20161011_11080112Kənd təsərrüfatı məhsullarının istehsalı insanların ətraf mühitə birbaşa təsiri ilə bağlı olub, təbii mühitin dəyişməsi, ekoloji tarazlığın pozulması ilə müşahidə edilir. Kənd təsərrüfatı istehsalı ilə bağlı yaranan ekoloji problemlərin həlli ətraf təbii mühitə təsirlərin minimuma endirilməsini və onun müxtəlif səbəblərdən çirklənməsinin qarşısının alınmasını tələb edir. Bu istehsalın zəruri tərkib hissəsi olan kimyalaşma və xüsusilə bitki mühafizə işləri daha böyük xüsusi çəkiyə malikdir. Kimyəvi mübarizə üsullarından, xüsusən də, mineral kübrələrdən istifadə etmədən yüksək və sabit kənd təsərrüfatı məhsulları istehsal etmək mümkün deyil. Lakin kənddə yaşayan torpaq və əmlak payı almış əhalinin böyük əksəriyyəti peşə vərdişlərinə malik olmadığından, bitkilərə ziyan vuran zərərverici və xəstəliklərə qarşı mübarizədə istifadə olunan üsulların, vasitələrin və dərman maddələrinin tətbiqində çətinlik çəkirlər. Kimyəvi mənşəyi, təsir mexanizmi və s. məlum olmayan belə preparatların tətbiqi müəyyən ekoloji problemlər yaradır, ətraf mühitin çirklənməsinə səbəb olur.
    Ümumiyyətlə, hər hansı bir kənd təsərrüfatı bitkilərinə ziyan vuran zərərvericilərin vaxtında aşkar olunması onun mübarizə üsulunu asanlaşdırır. Cari ildə siçanabənzər gəmiricilərin sirayətlənmə faizi həddən artıq yüksək olmuşdur və nəticədə bunlar kütləvi surətdə artmışdır. Siçanabənzər gəmiricilərlə mübarizənin ən optimal vaxtları payız və qış aylarıdır. Bu mübarizə kütləvi hal almalıdır.
    Hal-hazırda payız əkinləri başlayır, yəni buğda və arpa səpilir. Fermerlərə məsləhətimiz ondan ibarətdir ki, birinci növbədə toxumun dərmanlanmasına xüsusi diqqət versinlər. Bitkilərin bakterial, virus və göbələk xəstəliklərinə tutulmasına qarşı mübarizə məqsədi ilə toxum materialı dərmanla qarışdırılıb səpilməlidir. Dərmanlanma səpindən xeyli əvvəl və ya səpin dövründə aparılır. Toxum materialının dərmanlanması quru və yaş halda aparılır. Quru dərmanlama zamanı toxum materialı preparatın tozu ilə dərmanlanır, yaş üsulla dərmanlamada isə toxum müəyyən olunmuş preparatın məhlulunda isladılır. Hər iki halda toxum materialının üstü örtülür. Bir neçə gün saxlanılır. Bu cür səpilən toxumlar yüksək məhsuldarlığa və sağlam təmiz buğda və arpa dəni yığılmasına zəmin yaradır.

    Fizuli Əzimov,
    Tərtər Rayon Bitki
    Mühafizə Mərkəzinin rəisi

    Müəllif: Redaktor, 13:58

    Teqlər:

İsmarıclar bağlıdır.