Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Noy

    339520Kənd təsərrüfatı. 2016-cı ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 43 milyon 252,9 min manat təşkil etmişdir ki, onun 16 milyon 27,5 min manatı heyvandarlıq, 27 milyon 225,4 min manatı bitkiçilik məhsulları olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsal indeksi 3,2 faiz artmışdır.3a8787
    Sənaye. 2016-cı ilin yanvar-sentyabr aylarında sənaye sahəsinin təsərrüfat subyektləri tərə-findən istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz artaraq 3 milyon 511,6 min manat təşkil etmişdir. Özəl bölmədə istehsalın həcmi sənaye məhsullarının ümumi həcminin 8,4 faizini təşkil etmişdir. Sənaye sahəsində ümumi istehsalın 25 faizi sənaye mallarının (əmtəələrin), 75 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır.
    4545Sənaye məhsulunun 12,3 faizi emal bölməsində, 66, 6 faizi elektrik enerjisi, qaz, buxar və kondensiyalaşdırılmış hava ilə təchizat bölməsində, 21,1 faizi isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur. İstehsal olunmuş sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilmişdir. Bununla yanaşı 2016-cı ilin 1 oktyabr vəziyyətində sənaye müəssisələrinin anbarlarında 57 min manatlıq hazır məhsul qalığı olmuşdur.
    Tikinti. İlkin məlumata əsasən 2016-cı ilin yanvar-sentyabr aylarında Tərtər rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 milyon 689,2 min manat və ya əvvəlki ilin müvafiq dövründəkindən 21,1 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş 11 milyon 767,5 min manatı və ya 92,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Əsas kapitala yönəldilmiş investisiyanın 11 milyon 809,7 min manatı və ya 93,1 faizi dövlət mülkiyyətinə məxsus müəssisələr, 879,5 min manatı və ya 6,9 faizi qeyri-dövlət müəssisə və təşkilatlar tərəfindən yönəldilmişdir.
    2016-cı ilin yanvar-sentyabr aylarında rayonda 9 milyon 107 min manatlıq əsas fondlar istifadəyə verilmişdir. Ra-yonda vətəndaşların şəxsi vəsaiti hesabına ümumi sahəsi 7053 kv.metr olan 76 yeni fərdi ev tikilmişdir.
    2016-cı ilin yanvar-sentyabr aylarında rayonda tikinti müəssisələrinin yerinə yetirdikləri tikinti işlərinin həcmi 3 milyon 583 min manat təşkil etmişdir ki, bunun da 1 milyon 463,7 min manatı dövlət müəssisələri tərəfindən, 2 milyon 119,3 min manatı isə qeyri-dövlət müəssisələri tərəfindən yerinə yetirilmişdir. Görülmüş tikinti işlərinin 2 milyon 683,3 min manatı (74,9%) əsaslı təmir, 899,7 min manatı (25,1%) cari təmir işləri təşkil edir.

    Tərtər Rayon Statistika İdarəsi

    Müəllif: Redaktor, 14:13

    Teqlər:

İsmarıclar bağlıdır.