Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Noy

    0389381Redaksiyamızda şair–publisist Tofiq Yusiflə mədəniyyət işçilərinin rəsmiyyətdən uzaq, səmimi bir görüşü baş tutdu. Tofiq müəllim keçdiyi ömür yolu, yaradıcılığı barədə məlumat verdi. Rayonumuzda yaşayan və yaradıcılıqla məşğul olan çox istedadlı adamların adlarını çəkdi. Onların rayon əhalisinə tanıdılmasının vacibliyini qeyd etdi. Özünün çox duyğulu bir şeirini oxuyub, hamını kövrəltdi.
    MKS-in direktoru Ulduzə Qurbanova bildirdi ki, Tofiq müəllimin həm poeziyası, həm də nəsr əsərləri geniş təbliğ olunmalı, gənc nəslə çatdırılmalıdır.
    Bu kitablarda güclü vətənpərvərlik hissi, təbiətə vurğunluq və əlbəttə, hər bir şairin yaradıcılığında olduğu kimi, sevgi var ki, bunları da müasir gənclərimizə aşılamaq vacibdir.
    Sevda İskəndərova da Tofiq Yusif yaradıcılığı haqqında səmimiyyətlə danışdı. Bildirdi ki, onların ailəsində Tofiq müəllimi həm şair , həm də insan kimi sevir, onun kitablarını oxuyur, yeni publisist yazılarını səbirsizliklə gözləyirlər.
    Beləcə bu gözlənilməz görüş hamının yaddaşında kövrək xatirələrlə qaldı.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:20

    Teqlər:

İsmarıclar bağlıdır.