Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Noy

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-086%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-095Rayonumuzun Bayraq meydanında Müdafiə Nazirliyi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 9 noyabr–Azərbaycan Respublikası Dövlət Bayrağı Günü münasibəti ilə “Bayrağım-varlığım-bəxtiyarlığım” devizi altında möhtəşəm tədbir keçirilib.
    Tədbiri polkovnik Abdulla Qurbani açaraq Azərbaycan xalqının və dövlətinin varlığının, istiqlalının və müstəqilliyinin müqəddəs rəmzlərindən olan bayrağımızın tarixi haqqında ətraflı məlumat verib. Bu bayrağın yenidən qaldırılması üçün canlarını fəda etmiş Vətən övladlarının xatirəsi hörmət və ehtiramla yad edilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin sayəsində Naxçıvanda ilk dəfə olaraq Muxtar Respublikanın bayrağı kimi qəbul olunan Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında geniş söhbət açılıb və möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində bu bayrağın tezliklə Şuşada, Xankəndində, Laçında, Kəlbəcərdə və işğal alltında olan digər torpaqlarda dalğalanacağına əminlik bildirilib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov belə bir şərəfli və qürurverici tədbirin Tərtər rayonunda keçirilməsinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə bütün rayon sakinlərinin minnətdarlığını çatdırıb və bu bayrağın etibarlı əllərdə olduğunu söyləyib.
    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-037Aprel döyüşlərinin qəhrəmanlarından olan polkovnik Polad Həşimov, kapitan Mirdaməd Bağıyev, hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini polkovnik Valeh Rəcəbov, polkovnik-leytenant Vüqar Şıxlinski, rayon gəncləri adından Ülviyyə İsmayıllı və başqaları çıxış edərək Azərbaycan bayrağının müqəddəsliyindən, bu bayraq altında hər bir əmrə müntəzir olduqlarından danışıblar.
    Gəncə qarnizonu Zabitlər Evinin bədii təşviqat qrupu və N. saylı hərbi hissənin hərbi orkestrinin ifasında bayrağımıza həsr olunmuş marşlar və mahnılar səslənib. Açıq səma altında yüzdən çox bayrağın nümayiş etdirildiyi Azərbaycan bayraqları sərgisində Midiya dövründən başlayaraq bu günümüzədək bayraqlar nümayiş etdirilib. Yüzlərlə tədbir iştirakçısı Atabəylər, Səfəvilər, Hülakilər, Ağqoyunlular, Qaraqoyunlular, Şirvanşahlar, Avşarlar, eləcə də Azərbaycan xanlıqlarının bayraqlarına böyük maraqla tamaşa ediblər.
    Sərgidə Xalq Cümhuriyyətinin Gəncədə qəbul edilən ilk bayrağından 1991-ci ildə qəbul edilən müasir üçrəngli%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-048 bayrağadək 9 bayraq nümunəsi, 77, 223, 402, 416-cı milli atıcı diviziyalarının bayraqları, 1945-ci ilin mayında Reyxstaqda dalğalanan Qələbə bayrağı nümayiş olunub. Müasir Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi döyüş bayraqları və ilk hərbi paradda Azadlıq meydanında təqdim olunan Azərbaycan Xalq Cümhuriyyətinn döyüş bayrağı tamaşaçılarda böyük maraq oyadıb.
    Tərtərlilər və bölgənin müdafiəsində mətin dayanan Vətən oğulları qələbə bayrağımızın tezliklə cənnət Qarabağımızda dalğalanacağı əminliyi ilə tədbirdən ayrılıblar.

    Müəllif: Redaktor, 15:27

    Teqlər:

İsmarıclar bağlıdır.