Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 23Apr

    Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli-mənəvi dəyərlərimiz və müasirlik” adlı növbəti tədbirini Tərtərdə keçirmişdir. m2Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov açmış, sonra sözü “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyliyə vermişdir. Tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirmişdir ki, hər bir milləti dünyada tanıdan və digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri adət və ənənələri, yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Azərbaycan da özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib.
    “Milli kimliyinə sahib olmayan millətlərin ta- rixdə ancaq adı qalır”,-sözləri ilə çıxışına baş- layan Qarabağ Seyid Ocaqlarının rəhbəri Se-yid Camal Əzimbəyli “Milli adət və ənənə-lərinə sadiq olan millət heç vaxt yad düşün-cələrin qurbanına çevril-mir. Bu gün Qarabağın işğaldan azad olunma-sının yollarından biri də hər bir ölkə vətəndaşının mənəvi dəyərlərimizə sahib olmasın- dan keçir”; fikirlərini söy-ləmişdir.
    Sonra Tərtər Cümə Məscidinin axundu Sa-diq Cəfərov, rayon ağ-saqqallar şurasının səd- ri Qədir Allahverdiyev milli-mənəvi dəyərlər-dən danışmış, gənclərə öz tövsiyələrini vermişlər.

    Müəllif: Redaktor, 14:37

    Teqlər:

İsmarıclar bağlıdır.