Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Noy

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-023Bu günlərdə rayon polis şöbəsinin bir qrup əməkdaşı Gənclər Mərkəzində “Narkomaniyaya yox deyək!” və “Qızlar arasında erkən nikahların bağlanması və onun ciddi zərəri” mövzularında tədbir keçirmişlər.
    Toplantıda şəhər və kənd məktəblərinin yuxarı sinif şagirdləri, məktəb direktorlarının müavinləri, müəllimlər, təhsil şöbəsinin nümayəndələri iştirak edirdilər.%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-024
    Tədbiri giriş sözü ilə açan rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Əfqan Qurbanov müzakirəyə çıxarılan hər iki mövzu ilə bağlı ətraflı məruzə ilə çıxış etdi. Bildirdi ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Azərbaycan Respublikasında narkomaniya və narkobizneslə mübarizənin əsası tarixdə ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “ Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli qanunla qoyulmuşdur.
    Narkotikləri istər qəbul etmək, istər gəzdirmək, istərsə də satmaq cinayət tərkibli əməldir. Azərbaycan hökuməti narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni dövlət səviyyəsinə qaldıraraq narkotiklərlə mübarizə sahəsində qabaqcıl dünya təcrübəsinə əsaslanan kompleks tədbirləri ardıcıl olaraq sistemli şəkildə həyata keçirir. Yad-dan çıxarmaq olmaz ki, narkomaniya yoluxucu xəstəlikdir. HIV virusuna, QİÇS-ə aparan bir yol kimi, gizli şəkildə sürətlə yayılma xüsusiyyətinə malikdir. Yeniyetmə və gənclərin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, ən əsası, sağlamlığının zərbə altında qalmasına səbəb olur. Gənclərin və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurumların, kütləvi informasiya vasitələrinin, mədəni-maarif müəssisələrinin üzərinə düşür.
    Tədbirdə iştirak edən mərkəzi rayon xəstəxanasının narkoloq həkimi Rima Axundova çıxışında göstərdi ki dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu xəstəlikdən əziyyət çəkir.
    Ən dəhşətlisi də odur ki, gənclər və yeniyetmələr arasında narkomaniya daha geniş yayılmışdır.
    Demək olar ki, hamı narkotikin necə ziyanlı olduğu barədə bilir. Buna baxmayaraq, onun toruna düşənlərin sayı çox sürətlə artır.
    O, toksid maddə olduğundan, insanın bütün orqanizminə, ürək-damar sistemindən tutmuş sinir sisteminə qədər, mənfi təsir göstərərək insanın xarekterini dəyişir. Erkən yaşdan narkotik qəbul etməyə başlayan insanın orta ömrü 35-40 ildir. Hal-hazırda Tərtər RMX-nın narkoloji kabinetində 2016-cı ilin məlumatına görə 97 nəfər narkoman qeydiyyata alınmışdır. Onların 29 nəfəri profilaktik (satış ilə məşğul olan və həbdən istifadə edən), 68 nəfəri sırf narkomaniyadan əziyyət çəkən xəstələrdir. Təəssüflə də olsa qeyd etmək lazımdır ki, həmin narkomanların 2 nəfəri qadınlardır.
    Biz polis əməkdaşları ilə birlikdə dəfələrlə şəhər 1,2,5,6 saylı məktəblərdə, Seydimli kənd tam orta məktəbində çox geniş mənada narkomaniya, erkən nikah və dini mövzularda müzakirələr keçirmişik. Bu işdə məktəblə ictimai təşkilatlarla yanaşı valideynlərin üzərinə böyük məsuliyyət düşür.
    Tədbirdə iştirak edən Tərtər RİHB aparatının işçisi Yadigar Səfərov, Tərtər Cümə Məscidinin axundu Hacı Sadiq müzakirə olunan mövzularla bağlı öz fikirlərini söylədilər.
    Açıq diskussiya şəraitində keçən müzakirələrdə rayon təhsil şöbəsinin əməkdaşı Nigar Məstalızadə, Qaraağacı kənd tam orta məktəbinin direktor muavini Rəşad Qarayev, şəhər 6 saylı tam orta məktəbinin direktor müavini Zülfiyyə Abdullayeva, şəhər 1 saylı tam orta məktəbinin psixoloqu Kəmalə Yaqubzadə, yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis mayoru Ceyhun Əliyev fəal iştirak etmiş, qaldırılan məsələlərə münasibətlərini bildirmişlər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:56

    Teqlər:

İsmarıclar bağlıdır.