Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Noy

    kimya_senayesi111
    cows_2008082016-cı ilin başa çatmasına bir o qədər də böyük zaman qalmayıb. Bu il biz müstəqilliyimizin 25-ci ildönümünü qeyd etdik. Bu müddət ərzində Azərbaycanın beynəlxalq miqyasda qazandığı uğurlar artıb. Eyni zamanda daxili inkişafın sürəti yüksəlib. Çünki əgər ölkəmiz beynəlxalq səviyyədə lider dövlətə, söz sahibinə çevrilməsəydi, ölkədəki münbit investisiya mühitini, sabitliyi, əmin-amanlığı da təmin etmək mümkün olmazdı.
    2016-cı ilin ötən dövrü ərzində Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində ixrac-yönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını təmin etmək, insan kapitalından səmərəli istifadə etmək məqsədilə ölkəmizdə xeyli işlər görülüb.
    Belə addımlardan biri “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 mart 2016-cı il tarixli fərmanıdır.
    Prezident İlham Əliyev cari ildə ölkəmizin qərb rayonlarına səfəri zamanı Azərbaycanda mövcud olan ənənəvi sahələrin, xüsusən pambıqçılığın, baramaçılığın, bağçılığın inkişafını mühüm bir məsələ kimi qarşıya qoymuş, eyni zamanda həyata keçirilən yeni islahatlarıın artıq səmərə verdiyini qeyd etmişdir: “Bizim gələcək üçün planlarımız çox böyükdür. Bu gün Azərbaycan reallıqları, sizin yaratdığınız bu gözəl müəssisələr onu göstərir ki, biz düzgün yoldayıq, inkişaf yolundayıq. Kənd təsərrüfatının inkişafı sürətlə gedəcək. Bu il artım 2,4 faizdir. Sənaye istehsalı bu il artıb, düzdür, az artıb, amma artıb. Belə müəssisələrin hesabına daha da artacaq və biz dünyaya öz məhsulumuzla geniş şəkildə çıxacağıq, ölkəmizə valyuta gələcək, insanlar işlə təmin olunacaqlar”.
    Məlumdur ki, ölkəmizə valyuta gətirəcək sahələrdən biri də son zamanlara qədər unudulan pambıqçılıqdır. Möhtərəm Prezidentimizin bu sahənin inkişafı ilə bağlı gördüyü tədbirlərdən sonra Tərtərdə də kəndlilərin “ağ qızıl”ın becərilməsinə marağı artıb. Belə ki, əgər 2015-ci ildə rayon üzrə pambıq əkini plantasiyaları cəmi 550 hektar sahəni əhatə edirdisə, cari ildə artıq bu rəqəm 1035,1 hektara çatdırılmışdır. Hal-hazırda isə gələn ilin pambıq əkini üçün hazırlıq işləri genişləndirilir və qərara alınıb ki, 2017-ci ildə pambıq əkiləcək sahələr bir neçə dəfə artırılacaq.
    Bu qiymətli məhsulun istehsalının çoxalması ilə uzun illər fəaliyyətsiz olan rayonumuzdakı pambıq zavodu da işə düşmüşdür. Burada yeni iş yerləri açılmış, ixracyönümlü məhsul istehsalına başlanmışdır.
    Onu da qeyd etmək lazımdır ki, artıq rayonumuzda bir sıra təsərrüfatlar pambıqçılıqdakı keçmiş ənənələri bərpa edə bilirlər. Məsələn, Bəyimsarovda 106, Qaynaqda 84, Yuxarı Qapanlıda 60 hektar sahədə “ağ qızıl”ın əkilməsi onu göstərir ki, fermerlər bu sahədən qazanc götürürlər. Bu ildən pambığın satınalma qiymətinin yüksəldilməsi, sahənin inkişafı məqsədilə verilən subsidiyalar isə sahibkarların marağını daha da artırmışdır.
    Baramaçılıq da yaxın keçmişimizdə tərtərlilərin ən həvəslə məşğul olduqları işlərdən biri idi. Burada yaxşı yem bazası və lazımi şərait olduqda, mövsüm ərzində yüksək qazanc götürülürdü. Hazırda rayonda vaxtilə məhv edilmiş çəkil bağlarının yenidən salınmasına diqqət artırılıb. Gələn il bu sahədə də göstəriciləri xeyli yüksəltmək nəzərdə tutulub.
    Bağçılığın, xüsusən də zeytunçuluğun, üzümçülüyün əsasının qoyulması üçün rayonumuzda lazımi tədbirlər görülür.
    Bütün bu deyilənlər Azərbaycanda, o cümlədən də regionlarda əlverişli biznes mühitinin formalaşması nəticəsində mümkün olur. Əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatların Hesabatlarında da öz əksini tapır. Davos Dünya İqtisadi Forumu Azərbaycan İqtisadiyyatını rəqabət-qabiliyyətliyinə görə dünyada 37-ci yerə layiq görüb. Dünyada iqtisadi-maliyyə böhranının davam etdiyi bir şəraitdə Azərbaycan iqtisadiyyatı yüksək qiymət alıb.
    Hazırda ölkə iqtisadiyyatının, xüsusən də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələr aradan qaldırılıb.
    Azad sahibkarlığın inkişafı isə öz növbəsində məhsul istehsalını artırmaqla yanaşı, həmçinin bölgələrdə işsizlik problemlərinin aradan qaldırılmasına, yeni iş yerlərinin açılmasına kömək edir.
    Ölkəmizdə həyata keçirilən bütün proqramların, islahatların məqsədi birdir–Azərbaycan vətəndaşları daha firavan, daha zəngin yaşasınlar.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 15:23

    Teqlər:

İsmarıclar bağlıdır.