Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Noy

    olkmizjpgAzərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq!” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-055 Tərtər rayonunun məktəbliləri də qoşulublar.
    Rayonun məktəblilərindən ibarət qrupun Lənkəran-Masallı-Astara istiqaməti üzrə tur-aksiyada iştirak etmək üçün yola salınması mərasimi keçirilib.
    Heydər Əliyev Mərkəzində təşkil olunan mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, bildirib ki, dövlət başçısının tapşırığına əsasən 2014-cü ildən etibarən 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq!” devizi altında keçirilən maarifləndirici tur-aksiyalar məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.
    Tur-aksiya iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra avtobuslarla respublikamızın cənub bölgəsinə yola düşüblər.

    Müəllif: Redaktor, 14:13

    Teqlər:

İsmarıclar bağlıdır.