Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Noy

    dsc_0216Azərbaycan Mətbuat Şurası Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə vətənpərvərlik mövzusunda dərc olunan yazıların mükafatlandırılması üçün “Qarabağ” media mükafatı təsis etmiş, ilk olaraq bu mükafatın təqdimetmə mərasimi Tərtər rayonunda keçirilmişdir. Tədbirdə media nümayəndələri ilə birgə rayon ziyalıları da iştirak etmişlər.dsc_0239
    Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Sonra tədbir rayon icra hakimiyyətində davam etdirilmişdir.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov müharibə dövründə Tərtərin düşmən üçün alınmaz bir qala olduğunu, ordu və xalqın sarsılmaz monolit birlik nümayiş et-dirdiyini bildirmiş, tərtərlilərin döyüş gedə-gedə tikinti-abadlıq, quruculuq işləri ilə də məşğul olduğunu, düşmənə bununla mənəvi zərbə vurduğunu qeyd etmişdir.
    dsc_0271Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tərtərliləri salamlayaraq “Qarabağ” mükafatının beynəlxalq mükafat olduğunu qeyd etmiş, gələcəkdə bu mükafatın Azər-baycan həqiqətlərini düzgün işıqlandıran xarici jurnalistlərə, televiziya və elektron mətbuat nümayəndələrinə də veriləcəyini bildirmişdir. Sonra “Azərbaycan”, “Respublika”, “Xalq”, “İki sahil”, “Yeni Azərbaycan”, “Bakı xəbər”, “525-ci qəzet”, “Yeni Tərtər” qəzetlərinin nümayəndələrinə mükafatlar təqdim olunmuşdur. “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurası idarə heyətinin üzvü, BAMF-ın sədri Umud Mirzəyev, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Azərbay- can” qəzetinin bölgə müxbiri Lazım Quliyev, millət vəkili Sahib Alıyev çıxış etmişlər. Onlar mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə, Mətbuat Şurasına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər. Rayon ziyalıları adından çıxış edən Zabil Zeynalov mükafata layiq görülən media işçilərini təbrik etmişdir.
    Sonda Əflatun Amaşov kütləvi informasiya vasitələrinə açıqlama vermişdir. Sonra mətbuat nümayəndələri rayon rəhbəri ilə birlikdə ön xətdə olmuş, əsgər və zabitlərlə görüşmüşlər.

    Müəllif: Redaktor, 15:19

    Teqlər:

İsmarıclar bağlıdır.