Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Dek

    img-20161207-wa0001Heydər Əliyev Mərkəzində Ulu Öndərin anım günü ilə əlaqədar “Gedən cismimdir, ruhum sizinlədir” mövzusunda “Dəyirmi masa” keçirildi. Tədbirdə Tərtər Elektromexanika zavodunun keçmiş kollektivinin nümayəndələri və mədəniyyət işçiləri iştirak edirdilər.
    Tədbir iştirakçıları öncə Ulu Öndərin büstü önünə gül-çiçək dəstələri qoyub, xatirəsini yad etdilər.
    Tədbiri giriş sözü ilə mərkəzin direktoru Səlimə Yusibova açdı və “Dahi Şəxsiyyət” haqqında ətraflı məruzə ilə çıxış etdi.
    Sonra əvvəllər Elektromexanika zavodunun direktoru vəzifəsində çalışmış rayonumuzun ziyalısı, Rauf Həsənzadə Ulu Öndər haqqında, xatirələrini danışdı, Heydər Əliyevin Tərtərdə dəfələrlə olmasından, bu rayon üçün göstərdiyi xidmətlərdən bəhs etdi.
    Daha sonra zavodun sabiq işçilərindən Maarif Orucov və Vahid Baxşəliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyev haqqında səmimi fikirlər söylədilər.
    “Dəyirmi masa”da iştirak edən Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov mövzu ilə bağlı fikirlərini söylədi, Ulu Öndərlə görüşlərindən bəhs etdi.
    Tədbirin sonunda Rauf Həsənzadə Heydər Əliyev Mərkəzinə qiymətli eksponatlar təqdim etdi.

    Kənan Hüseynzadə

    Müəllif: Redaktor, 16:17

    Teqlər:

İsmarıclar bağlıdır.