Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Apr

      Özəl sektor iqtisadi inkişafın avanqard xəttidir

    İqtisadi artım tempinə görə yeni dünyada lider mövqedən çıxış edən Azərbaycanda həyata keçirilən dövlət siyasətinin uğurları beynəlxalq təşkilatlar, araşdırma institutları, ekspertlər tərəfindən də etiraf edilməkdədir. Bu gün Azərbaycan regionun lider dövlətidir. Sosial-iqtisadi inkişaf sahəsində ölkəmiz MDB məkanında öncül yerlərdən birini tutur.
    Ölkəmizdə davamlı olaraq həyata keçirilən kompleks dövlət siyasəti qeyri-neft sahəsində istehsalın geniş-lənməsinə, sahibkarlığın, kənd təsərrüfatının və digər sahələrdə çoxşaxəli iqtisadiyyatın dayanıqlı inkişafına zəmin yaradıb.
    Dünyada maliyyə böhranı davam etdiyi bir vaxda 2014-cü ilin yekunlarına əsasən ölkə iqtisadiyyatı 3 faiz, qeyri-neft sektoru isə 7 faiz artmışdır. İnflyasiya 1.4 faiz təşkil etmiş, əhali-nin pul gəlirləri 4,8 faiz artmışdır. Ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulmuşdur ki, onlardan 16 milyardı daxili sərmayələrdir.
    Ölkəmizdə özəl bölmənin inkişa-fına böyük diqqət və qayğı göstəril-məsi nəticəsində sahibkarlığa dövlətin maliyyə dəstəyi, güzəştli kreditləşmə siyasəti bu sahənin inkişafının daha da güclənməsinə əsaslı şərait yaradır.
    Azərbaycanda müasir sahibkarlığın inkişafı bilavasitə 1993-cü ilin ortalarından başlamışdır. Həmin dövr-də Ulu Öndər Heydər Əliyev demok-ratik həyat tərzinin diktə etdiyi gerçəklik-bazar iqtisadiyyatı prinsipləri-nə sadiq qalaraq, Azərbaycanın yeni dövr üçün prioritetlərini müəyyənləşdirmiş və ölkənin iqtisadi siyasətinin təməlinin qoyulması istiqamətində bir sıra böyük işlər görmüşdür.
    Hazırda ölkədə infrastruktur yüksək tələblərə cavab verəcək səviyyədə yenidən qurulur, müasir standartlar əsasında yollar çəkilir, fasiləsiz ener-ji, bir sıra rekonstruksiya tədbirləri və digər quruculuq işləri sahibkarların daha geniş fəaliyyətinə imkan yaradır.
    Ölkədə region layihələrin reallaşdırılması, bölgələrin tarazlı inkişa-fına hesablanan Dövlət Proqramları, qeyri-neft sektorunun daha da möh-kəmlənməsi ardıcıl dövlət siyasətinin mahiyyətini təsdiqləyir. Sosial-problemlərin həlli nəticəsində yoxsulluğun aradan qaldırılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi bazar iqtisadiyyatı prinsipləri üzərində qurulub. Bunun nəticəsidir ki, özəl sektorun inkişafı, iqtisadiyyatın libe-rallaşdırılması sahəsində uğurlu iqtisadi siyasət Azərbaycanda forma- laşmaqda olan yeni makroiqtisadi mühitin-ümumi daxili məhsulun artı-mında, milli iqtisadiyyatda sahibkarlar sinfinin mövqelərinin əsaslı şəkildə güclənməsində, ölkənin iqtisadi inkişafında başlıca rol oynayır.
    Azərbaycanda sahibkarlıq mühitinin formalaşması üçün vacib olan “Sahibkarlıq fəaliyyəti haqqında” , “Müəssisələr haqqında”, “Səhmdar cəmiyyətləri haqqında”, “Haqsız rəqabət haqqında”, “Əmək birjası haq-qında”, “ Lizinq kompaniyaları haqqında” qanunlar və bazar iqtisadiyyatının hüquqi mexanizminin qurulmasını təmin edən digər qanunlar qəbul edil-mişdir. Sahibkarlığa Kömək Milli Fondu yaradılmış və sahibkarlara ve-rilən güzəştli kireditlərin həcmi ilbəil artır.
    Yuxarı-Qarabağ iqtisadi rayonun-da yerləşən Tərtər rayonunda da özəl sektorun inkişafı üçün münbit şərait yaradılmışdır və sahibkarlığın inkişafı daim dəstəklənir. Rayonda 1653 sa-hibkar fəaliyyət göstərir. 2014-cü ildə rayon üzrə ümumi məhsul buraxı-lışının 87,9 faizi qeyri-dövlət sektorunda istehsal edilmişdir. Rayonda sənaye sektorunun 21,8 faizi, əhaliyə göstərilən pullu xidmətlərin 68,8 faizi, nəqliyyat sektorunun 96,3 faizi, kənd təsərrüfatı və pərakəndə ticarət dövriyyəsinin 99,9 faizi, ictimai iaşə-nin 100 faizi özəl sektorun hesabına formalaşır.
    Sahibkarların inkişafı məqsədilə 2014-cü ildə Sahibkarlığa Kömək Fondu tərəfindən rayonda fəaliyyət göstərən 39 sahibkara 670 min manat güzəştli kreditlər verilmişdir. Bu sa-hibkarlar tərəfindən 60-dan çox yeni iş yerləri yaradılmışdır.
    Bu gün Azərbaycan dünyanın ən sabit, ən qabaqcıl ölkələrindən biridir. Dövlətin sahibkarlığa göstərdiyi diqqət və qayğıdan bəhrələnən sahibkarlar öz fəaliyyətlərini genişləndirirlər və Azərbaycanın iqtisadi inkişafına öz töhvələrini verməyə çalışırlar.

    Ədalət Məmmədov,

    Tərtər Rayon Statistika

    İdarəsinin rəisi

     

    Müəllif: Redaktor, 15:53

    Teqlər:

İsmarıclar bağlıdır.