Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Apr

    tr

    Yaz-tarla işləri geniş vüsət alır

    Cəbhə bölgəsi olan Tərtər rayonunda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Kənd əməkçiləri dövlətin qayğısından yaradıcılıqla bəhrələnərək məhsul bolluğu uğrunda mübarizədə böyük uğurlara imza atırlar. Ermənistan silahlı qüvvələrinin Sərsəng su anbarını uzun zamandan bəri işğal altında saxlaması rayonun təsərrüfatlarının su təminatında ciddi problemlər yaratsa da, Tərtər kəndlisinin bolluq həvəsinə kölgə sala bilmir. Erməni fitnəkarlığı sayəsin-də təbii su mənbələrindən məhrum olan tərtərlilər reallığı nəzərə alaraq mexaniki üsulla su əldə edilməsinə üstünlük verirlər.
    Bu səbəbdən Tərtər Subartezian Quyularının İstismarı İdarəsinin qayğıları daha da artmışdır. İdarənin rəisi Əli Əli-yev söhbət zamanı deyir:
    -İdarənin balansında 461 ədəd subar-tezian quyusu var. Onların demək olar ki, əksəriyyəti saz və işlək vəziyyətdədir. Kollektivimiz keçən il 9690 hektar əkin sahələrinin su ilə təmin edilməsinə nail olmuşdur. Ötən il 233 ədəd subartezian quyusunun nasosları, 1 ədəd quyunun transformatoru əsaslı təmir olunmuş, 51 ədəd quyunun nasosu və 2 ədəd transformator yenisi ilə əvəz olunmuşdur. Əkinlərin su təminatını yaxşılaşdırmaq isti- qamətində həyata keçirdiyimiz tədbirlərdə dövlətin davamlı qayğısını daim üzərimizdə hiss edirik. Bu böyük qay-ğının göstəricisidir ki, son illər ərzində rayonun daha çox ehtiyac duyulan kənd-lərində 32 ədəd yeni subartezian quyusu qazılıb istifadəyə verilmişdir. Cari ilin yaz-tarla işlərinə start verilməsi qayğı-mızı daha da artırır. Əkinlərin su təminatında problemlərin olmaması üçün zəruri tədbirləri vaxtlı-vaxtında və yüksək keyfiyyətlə həyata keçirməyə çalışı-rıq.
    Dövlətin qayğısından güc alan tər-tərlilər keçən il bütövlükdə 44.2 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal etmişlər. 38 min tona yaxın taxıl istehsal olunmuş, hər hektarın orta məhsuldarlığı 34.4 sentnerə yüksəlmişdir. Davamlı dövlət qayğısı Tərtər kəndlisini torpağa möhkəm tellərlə bağlayır. Keçən il 7862 nəfər torpaq istifadəçisinə 960 min manat, buğda əkininə görə isə 1650 nəfərə 215 min manat yardım verilmiş, “Aqrolizinq” yolu ilə güzəştli şərtlərlə 967 min manatlıq mineral gübrə satıl-mışdır.
    Torpaqların hər qarışından səmərəli istifadə etməyə çalışan tərtərlilər res-publika Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “Kənd təsərrüfatı ili” elan olun- muş 2015-ci ildə nailiyyətləri daha da möhkəmləndirmək, ərzaq bolluğu uğ-runda mübarizəyə sanballı töhfələr vermək əzmindədirlər. Bu günlər rayonun təsərrüfatlarında yaz-tarla işləri mütə-şəkkilliklə davam etdirilir. Cari ilin məhsul bolluğuna etibarlı bünövrə qoymaq üçün aqrotexniki tələblərə ciddi əməl olunur, kənd təsərrüfatı texnikasının təmiri davam etdirilir. Bir məsələni minnətdarlıqla vurğulamaq yerinə düşər ki, cəbhə bölgəsində təmas xəttinin beş addımlı-ğında düşmənlərin atdığı güllə həyaca-nına məhəl qoymayan Tərtər kəndlisi taleyini bağladığı torpağı əkib-becərir, öz süfrəsinin bolluğunu təmin etməklə yanaşı, paytaxt sakinlərini də unutmur. Keçən il Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmar-kalarına Tərtərdən xeyli meyvə və digər məhsullar göndərilmişdir.

    Lazım Quliyev,
    Ağaəli Məmmədov, (foto),
    “Azərbaycan

     

    Müəllif: Redaktor, 16:00

    Teqlər:

İsmarıclar bağlıdır.