Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Dek

    05Şəhərimizin görkəminə xüsusi yaraşıq verən yeni binalardan biri də 100 yerlik körpələr evi-uşaq bağçasıdır. Müasir üslubda inşa edilən ikimərtəbəli bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib. Binanın ümumi sahəsi 1200 kvadratmetrdir. İçərisində Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Bu körpələr evi-uşaq bağçasında 31 nəfər Tərtər sakini daimi işlə təmin ediləcəkdir.
    Binada uşaqlar üçün 4 oyun və 4 yataq otaqları, mətbəx, tibb otağı, akt zalı, metodiki, kompüter və digər texniki otaqlar var. Binanın həyətində uşaqların mənalı istirahəti üçün lazımi şərait yaradılıb.

    Müəllif: Redaktor, 15:47

    Teqlər:

İsmarıclar bağlıdır.