Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Dek

    Hörmətli tərtərlilər! Əziz bacı və qardaşlarım!
    İllərin qovuşuğunda biz həmişə gördüyümüz işlərə yenidən nəzər salır, gələcəklə bağlı arzularımızı gerçəkləşdirmək üçün qüvvələrimizi səfərbər edirik. Hər ilin son gününü Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi böyük bir coşqu və sevinclə qeyd edir, dünyada yaşayan 50 milyon azərbaycanlının həmrəyliyini özündə ehtiva edən mərasimlər keçiririk. Biz beynəlxalq aləmə Azərbaycanın yeni tolerantlıq və multikulturalizm modelini təqdim edirik.
    Arxada qoyduğumuz 2016-cı il olduqca əhəmiyyətli, tarixi bir dövr oldu. İllər uzunu Azərbaycan xalqının gözlədiyi məqam yetişdi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində dönüş yarandı. Aprel ayında ermənilərin törətdikləri növbəti təxribata Azərbaycan Silahlı Qüvvələrinin tutarlı cavabı onları növbəti dəfə öz havadarlarının ətəyindən yapışmağa məcbur etdi. Bəli, məhz arxada qoyduğumuz 2016-cı ildə bütün Azərbaycan xalqı ilə birlikdə tərtərlilər qələbə sevincini yaşadılar, 2000 hektardan çox erməni tapdağında olan ərazi işğaldan azad edildi, mühüm strateji yüksəklik olan Lələtəpədə Azərbaycan bayrağı dalğalandı.
    Əlbəttə, çətinliklərimiz də az olmadı. Amma həmişəki kimi, aprel ayında da tərtərlilər əsl qəhrəmanlıq, şücaət nümayiş etdirdilər və həmin günlərdə rayonumuza gələn çoxsaylı xarici qonaqlar, media nümayəndələri rayon sakinlərinin əzmini, odun-alovun içərisində onların qurub-yaratmaq eşqini heyranlıqla müşahidə edirdilər.
    Biz şəhid verdik, ev-eşiklərimiz dağıldı, ermənilər hətta məktəblərə, tibb ocaqlarına belə mərmi atdılar, ancaq vüqarımızı sındıra bilmədilər.
    Ötən ilin ən yaddaqalan hadisələrindən ən önəmlisi respublika Prezidenti möhtərəm İlham Əliyevin xanımı ilə birlikdə iki dəfə Tərtərə gəlməsi oldu. Tərtərlilər bir daha əmin oldular ki, cənab Prezident rayon sakinlərinin qayğı və problemlərinə, hər bir vətəndaşın yaşayış tərzinə böyük həssaslıqla yanaşır. Məhz bu qayğının nəticəsində düşmən mərmilərinin dağıtdığı bütün evləri qısa müddət ərzində bərpa etmək üçün dövlət rəhbərinin sərəncamı ilə 3 milyon manat məbləğində vəsait ayrıldı. İndi həmin evlər əvvəlkindən də gözəl görkəm alıb və sakinlər yeni–2017-ci ili hamı kimi öz isti ocaqlarında qarşılayırlar. Ölkə rəhbərinin Tərtərə ikinci gəlişi bir sıra yeni mühüm obyektlərin açılışı ilə yadda qaldı. Dövlət başçısı rayonumuzda aparılan tikinti və quruculuq işlərindən razı qalqığını bildirdi və Tərtər şəhərində çoxmənzilli yaşayış binalarının təmiri üçün yenidən 3 milyon manat vəsait ayırdı. 2016-cı il bizi Azərbaycan Ordusu ilə daha da yaxınlaşdırdı. Aprel hadisələri zamanı uşaqdan tutmuş qocalaradək Tərtərdə elə bir insan yox idi ki, orduya öz köməyini təklif etməmiş olsun. Hər kəsin ürəyindən silah götürüb döyüşə qatılmaq arzusu keçirdi. Amma ordumuz çox güclüdür, bunu aprel döyüşləri bir daha sübuta yetirdi, əhalinin mənəvi dəstəyi isə onu daha da güclü etdi.
    2016-cı ildə Tərtərdə çox böyük layihələr həyata keçirildi, geniş tikinti-quruculuq işləri görüldü. Burada əhalinin elektrik enerjisinə, qaza və içməli suya oıan tələbatının tam ödənilməsi üçün hər bir tədbir görülür. Bununla da tərtərlilər düşmənə sübut etdilər ki, heç bir təxribat onların əlini işdən soyuda bilməz.
    Əlbəttə, müharibə itkisiz olmur. Ötən il də biz şəhid verdik. İgid, qəhrəman oğullarımız vətən uğrunda şirin canlarından keçdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
    2017-ci ildə də qarşımızda çox mühüm vəzifələr durur. Sizinlə birlikdə aqrar sahəni daha da inkişaf etdirəcək, rayonumuzun iqtisadiyyatının möhkəmlənməsinə nail olacağıq.
    İliniz uğurlu gəlsin, əziz tərtərlilər! Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə sizin hər birinizə, o cümlədən rayonumuzda məskunlaşan qaçqın və köçkün bacı-qardaşlarımıza, soyuq səngərlərdə keşik çəkən hərbçilərimizə cansağlığı, ailə səadəti, bol ruzibərəkət arzulayıram!
    Bayramlarınız mübarək!

    Müəllif: Redaktor, 13:45

    Teqlər:

İsmarıclar bağlıdır.