Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-015%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-036Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Tərtər şəhərinin mərkəzi meydanında ümumrayon bayram tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə meydanda Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər.
    Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri əlamətdar bayramlar münasibətilə təbrik edib, Ümummilli Liderimiz Heydər Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlərindən, 2016-cı ildə qazanılan uğurlardan, insanların rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, bu gün Ulu Öndərin adını daşıyan meydanda 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramını qeyd edirik. Dekabrın əvvəlində isə bu meydanda Sizinlə birgə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladıq.%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-070%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-292Möhtərəm Prezidentimiz və onun xanımı bizimlə birgə rayonumuza içməli su xəttinin, şahmat məktəbinin, YAP rayon təşkilatının inzibatı binasının, 100 yerlik uşaq bağçasının, Sarıcalı kəndində Tərtər çayı üzərində salınmış yeni körpünün, “N” saylı hərbi hissənin açılışlarında iştirak etdi, rayon ictimaiyyəti ilə görüşdü, aprel hadisələrində dağılmış evlərin təmiri ilə maraqlandı, Xasay İbrahimovun evində ailə üzvləri ilə birlikdə çay süfrəsi arxasında əyləşdi.
    Bütün bunlar biz tərtərlilərə göstərilən diqqət və qayğının təcəssümüdür.
    Rayon ictimaiyyəti ilə görüşdə möhtərəm prezidentimizin rayon haqqında dediyi xoş sözlər diqqətə çatdırıldı: “Tərtər rayonunun uğurlu inkişafı məni çox sevindirir. Şəhərin abadlaşması, şəhərdə və rayonda infrastruktur layihələrin %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-260%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-125icrası göstərir ki, Azərbaycanın bütün bölgələri uğurla inkişaf edir və bizim vaxtı ilə qəbul etdiyimiz regionların sosial iqtisadi inkişaf Proqramı həyatda öz əksini tapır. Biz son illər ərzində bunu Tərtər rayonunun timsalında görürük. Tərtər şəhəri abadlaşıb, gözəlləşib. Mən 10 il bundan əvvəl Prezident kimi birinci dəfə Tərtər rayonunda olmuşam. Bu yerdə vətəndaşlarla görüşmüşəm. O vaxt Tərtərin siması tam başqa idi. Bu gün Tərtər müasir, abad şəhərdi, rayon inkişaf edir, vətəndaşlar daha yaxşı yaşayırlar…”  Rayon rəhbəri qeyd etdi ki, ötən il biz tərtərlilər üçün yaddaqalan olmuşdur. Rayonun makroiqtisadi göstəriciləri yüksəlmiş, kənd təsərrüfatı nəzərəçarpacaq dərəcədə inkişaf etmiş, sosial tərəqqiyə nail olunmuşdur. Cəbhəyanı kəndlərdə sosial problemlərin həlli istiqamətində işlər sürətləndirilmişdir. Doğma Tərtərimiz dəyişmiş, inkişaf etmiş, gözəlləşmişdir. İnsanların gündəlik sosial ehtiyacları su, işıq, qaz problemləri həll olunmuşdur.
    Qarşıda görüləcək işlərimiz çoxdur. Prezidentimizin dediyi kimi, indi Siz burada düşmənlə üz-üzə ön cəbhədə nəinki yaşayırsınız, yaradırsınız, qurursunuz və əminsiniz ki, Azərbaycan dövləti Azərbaycan ordusu Sizin təhlükəsizliyinizi təmin edir.
    Çıxışının sonunda rayon rəhbəri bütün Azərbaycan xalqını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə səmimi qəlbdən təbrik etdi, onlara xoş ovqat, can sağlığı, arzularının gerçəkləşməsini dilədi.  Bayram tədbirində 2016-cı ildə rayonun ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında fərqlənənlərə fəxri fərmanlar, 100 nəfərə ərzaq yardımı, 100 nəfərə isə qiymətli hədiyyələr verildi.
    Bir neçə saat davam edən bayram şənliyində Şaxta baba və Qar qız tədbir iştirakçılarına Yeni il arzularını çatdırdı, uşaqlarla birgə rəqs etdi. Rayonun musiqi kollektivləri rəngarəng konsert proqramı ilə iştirakçılarda xoş ovqat yaratdılar.dsc_2185-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8c1%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-180

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-174

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-296

    8

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-282

    Müəllif: Redaktor, 15:35

    Teqlər:

İsmarıclar bağlıdır.