Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 17Yan

    FƏALLIQ TƏMİN OLUNUB

    Изображение 122Изображение 010YAP Tərtər Rayon Təşkilatının IX konfransına hazırlıq çərçivəsində Seydimli ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi.
    İclasın gündəliyinə uyğun olaraq Seydimli ərazi ilk partiya təşkilatının sədr müavini Nəsibə Əliyeva konfranslararası müddətdə görülən işlərə dair hesabat məruzəsi ilə çıxış etdi. Məruzədə qeyd olundu ki, ötən dövr ərzində ərazi ilk partiya təşkilatı iş və tədbirlər planlarına müvafiq olaraq öz işini qurmuş, ərazidə ideyasiyasi tərbiyə, təbliğat və təşviqat işlərinin yüksək səviyyədə həyata keçirilməsinə nail olmaq məqsədi ilə hər bir partiya üzvünün partiya tapşırıqları ilə əhatə olunmalarına diqqəti artırmış, təşkilatda partiyaya gənc, ziyalı, dövlətçiliyə sadiq insanların qəbulunu daim diqqət mərkəzində saxlamışdır. Partiya təşkilatı, bilavasitə cəbhə bölgəsində yerləşən kənddə əhalinin siyasi aktivliyinin artırılmasına önəm verməklə, düşmənlə təmas xəttində yaşamalarına baxmayaraq, təsərrüfat işlərinin vaxtında həyata keçirilməsinə insanların səfərbər olmalarını təmin etməyə çalışmışdır.
    Hesabat məruzəsinin sonunda əmin edilmişdir ki, Seydimli ərazi ilk partiya təşkilatı bundan sonra da Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezident İlham Əliyevin daxili və xarici siyasətinin həyata keçirilməsi üçün bütün imkanları səfərbər edəcəkdir.
    Ərazi ilk partiya təşkilatının fəal üzvlərindən Nürəddin Həsənov, Təbriz Quliyev və Sürəyya Hüseynova çıxış edərək ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzində gördüyü işlərə dair hesabatın nəzərə alınmasını təklif etdilər.
    YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov yığıncaqda ətraflı çıxış etmişdir.
    Hesabat-seçki yığıncağında təşkilatı məsələlərə baxılmış, yeni İdarə heyəti və rayon təşkilatının IX konfransına nümayəndələr seçilmişdir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:58

    Teqlər:

İsmarıclar bağlıdır.