Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 17Yan

    Rayon üzrə 2016-cı ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 27 min 105,6 hektar olmuşdur. Əkin sahəsinin 12 min 565 hektarını və yaxud 46,3 faizini dənli və dənli paxlalı bitkilər, 3140,1 hektarını və yaxud 11,6 faizini texniki bitkilər, 1457,5 hektarını və yaxud 5,4 faizini kartof, bostan və tərəvəz bitkiləri, 9943 hektarını və yaxud 36,7 faizini yem bitkiləri təşkil etmişdir.
    2016-cı ildə dənli və dənli paxlalı bitkilərin əkini əvvəlki ilə nisbətən 1336,3 hektar və yaxud 11,9 faiz, o cümlədən buğda əkini 2322,3 hektar və yaxud 41,4 faiz artmış, qarğıdalı əkini 25 hektar və yaxud 14 faiz, digər dənli və dənli paxlalılar əkini 961 hektar və yaxud 17,7 faiz azalmışdır. Nəticədə 2016-cı ildə qarğıdalı nəzərə alınmaqla ilkin çəkidə 42 min 945,4 ton taxıl məhsulu toplanmışdır. Bu isə əvvəlki ilin müvafiq göstəricisindən 2187 ton və ya 5,4 faiz çoxdur.
    Dənli və dənli paxlalıların tərkibində payızlıq buğda əsas yer tutur. Belə ki, istehsal olunmuş taxıl məhsulunun 68,9 faizini və ya 29 min 586 tonunu buğda təşkil etmişdir. Taxılın 27,1 faizi və ya 11 min 647 tonu arpa, 1,7 faizi və ya 742 tonu qarğıdalının, 2,3 faizi və ya 970,4 tonu digər taxıl məhsullarının payına düşür. Taxıl istehsalının artımına əsasən əkin sahələrinin artması və onlara düzgün aqrotexniki qulluğun olunması, məhsuldar toxum sortlarına üstünlük verilməsi olmuşdur. Belə ki, 2016-cı ildə taxıl sahələrinin hər hektarından orta hesabla məhsuldarlığı 34,2 sentner, o cümlədən buğdanın məhsuldarlığı 37,3 sentner, arpanın məhsuldarlığı 27,2 sentner, qarğıdalının məhsuldarlığı 48,5 sentner olmuşdur. 2015-ci ilə nisbətən buğdanın məhsuldarlığı 0,2 sentner, qarğıdalının məhsuldarlığı 0,1 sentner artmışdır. 2016-cı ildə təkrar əkindən 290,8 ton taxıl istehsal olunmuşdur ki, onun 242,5 tonu dən üçün qarğıdalı, 47,9 tonu darı, 0,4 tonu sorqo olmuşdur.
    Kartof kənd təsərrüfatı məhsullarının istehsalında mühüm yer tutur. 2016-cı ildə 534,2 hektar kartof sahəsindən 5831,1 ton kartof istehsal edilmişdir. Hər hektar kartof sahəsindən orta məhsuldarlıq 2015-ci ilə nisbətən 0,1 sentner artaraq 109,2 sentnerə çatmışdır.
    Cari ildə rayonun təsərrüfatlarında 918.3 hektar müxtəlif növ tərəvəz sahəsindən 11 min 745,2 ton tərəvəz istehsal edilmişdir. Hər hektar tərəvəz sahəsindən orta məhsuldarlıq 2015-ci ilə nisbətən 0,2 sentner artaraq 127,9 sentner olmuşdur.
    2016-ci ildə 46,5 hektar yeni salınmış meyvə bağları və giləmeyvə əkmələri də nəzərə alınmaqla 1227,1 hektar, o cümlədən bar verən yaşda 1078,1 hektar meyvə bağları və giləmeyvə əkmələri mövcud olmuşdur ki, həmin meyvə bağlarından 8676 ton meyvə və giləmeyvə toplanmışdır. 2016-cı ildə rayonda 12,1 hektar sahədə yeni fındıq bağları salınmışdır.
    Hesabat ilində 11,1 hektar, o cümlədən bar verən yaşda 10,1 hektar üzümlük mövcud olmuşdur ki, həmin sahələrdən (talvar üzümü də daxil olmaqla) 899,6 ton üzüm yığılmışdır.
    2016-cı ildə ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi, pambığın keçmiş şöhrətinin qaytarılması istiqamətində görülən tədbirlər Tərtər rayonunda da öz bəhrəsini vermişdir. 2016-cı ildə 1035,1 hektar sahədə pambıq əkilmişdir. Əvvəlki ilə nisbətən pambıq əkini 88,2 faiz artmışdır. İl ərzində 2325,5 ton pambıq tədarük edilmişdir ki, bu da əvvəlki ilə nisbətən 2,6 dəfə çoxdur. Hər hektar pambıq sahəsində orta məhsuldarlıq da keçən ilə nisbətən 6,5 sentner artaraq 22,5 sentnerə çatmışdır.
    2016-cı ildə rayonda 1187 hektar sahədən 56 min 872,1 ton şəkər çuğunduru istehsal edilmişdir. Hər hektardan orta məhsuldarlıq əvvəlki ilə nisbətən 35,6 faiz və ya 125,7 sentner artaraq 479 sentnerə çatmışdır.
    Rayonda heyvandarlığın inkişafını təmin etmək üçün təsərrüfatlarda 9943 hektar yem bitkiləri əkilmişdir. Yem bitkilərinin 22 hektarı birillik otlar, 9921 hektarı çoxillik otlar olmuşdur. Cari ildə 114,7 min ton çoxillik otların quru otu tədarük edilmişdir. Bu da hər hektardan 115,6 sentner məhsul deməkdir. 2015-ci ilə nisbətən hər hektardan orta məhsuldarlıq 1,8 sentner artmışdır.
    Bundan başqa 2016-cı ildə rayonun təsərrüfatlarında 1 milyon 461 min 300 ədəd meyvə və 141 min 344 ədəd dekorativ bitki tingləri yetişdirilmişdir.
    2016-cı ildə rayonda baramaçılığın inkişafını təmin etmək məqsədilə 3 hektar sahədə 30 min ədəd yeni çəkil bağı salınmışdır.
    2016-ci ildə rayonda 290,7 hektar sahədə təkrar əkin aparılmışdır. Həmin təkrar əkin sahələrindən 290,8 ton dənli və dənli paxlalılar, 1832,7 ton müxtəlif növ tərəvəz, 9 ton yem üçün yaşıl kütlə istehsal edilmişdir.

    Tərtər Rayon
    Statistika İdarəsi

    Müəllif: Redaktor, 14:15

    Teqlər:

İsmarıclar bağlıdır.