Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15May

    Tərtərlilərin bayram sevinci

    DSC_24669 May-Qələbə Günü münasibətilə keçirilən tədbirdə Böyük Vətən müharibəsi iştirakçıları, rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbir Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərimizin xatirəsinə ucaldılmış abidə önündə keçi-rildi. İştirakçılar abidə önünə gül-çiçək dəstələri qoydular.
    Toplantını giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov açdı. Böyük Vətən müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Sonra icra başçısı göstərdi ki, müharibə illərində Tərtər rayonundan 2417 nəfər alman faşizminə qarşı igidliklə döyüşmüşdür. Onlardan 1079 nəfəri müharibədə həlak olmuşdur.
    O zaman arxa cəbhədə də tərtərlilər qələbə üçün əllərindən gələni əsirgəməmiş, əsl əmək hünərləri göstərmişlər. Hazırda rayonumuzda cəmi 11 nəfər Böyük Vətən müharibəsi veteranı yaşayır. Onlardan 2 nəfəri I, 3 nəfəri isə II qrup əlildir.
    1993-cü ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra veteranlara böyük qayğı göstərilməsi barədə fərman imzalamışdır. Bu gün həmin xətt möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir.
    Faşist Almaniyası üzərində Qələbənin 70 illik yubileyi günlərində bir daha Azərbaycan torpaqlarını erməni təcavüzkarlarından müdafiə etmək naminə Qarabağ müharibəsində həlak olmuş vətən oğullarının da xatirəsi sonsuz kədər və həm də iftixar hissi ilə yad edildi.
    Tədbirdə rayon Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri İman Almuradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Rafiq Qədirov, Qarabağ müharibəsi veteranı, Azərbaycan Vətən Müharibəsi Birliyi rayon şöbəsinin sədri Nizami Heydərov çıxış etdilər.
    Sonda alman faşizmi üzərində Qələbənin 70 illik yubileyi ilə əlaqədar veteranlara “Qələbənin 70 illiyi münasibətilə” medalı, rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr verildi.

    Müəllif: Redaktor, 14:49

    Teqlər:

İsmarıclar bağlıdır.