Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Yan

    Изображение 037Изображение 034Quruculuq işləri rayon mərkəzində olduğu kimi, kəndlərimizdə də davam etdirilir– yeni yollar çəkilir, obyektlər tikilir, yaşayış evləri istifadəyə verilir və s. Qaradağlı İƏD üzrə nümayəndə Razil Məmmədov illik hesabat məruzəsində qeyd etdi ki, bu dairəni əhatə edən iki kənddə qazlaşdırma işləri başa çatdırılıb. Bundan başqa, elektron avtomat telefon stansiyası yenidən qurulub, nömrələrin sayı 250-dən 400-ə çatdırlıb.
    Əhalinin içməli suya olan tələbatını ödəmək üçün 2 ədəd subartezian quyusu əsaslı tə-mir olunub, bundan başqa 1 ədəd yeni subartezian quyusu vurulub.
    Kəndarası yolların təmiri işləri də gündəlikdə duran əsas vəzifələrdən biri olub. Kənd əhalisinin əksər evlərində internetdən istifadə edilir.
    Qaradağlı kənd İƏD üzrə nümayəndəliyin ərazisi 1484 hektardır. Nümayəndəliyin 752 təsərrüfatı olmaqla, əhalisinin sayı 3169 nəfərdir. Ərazidə 33 məcburi köçkün və qaçqın ailəsi məskunlaşıb. Bu ailələr 127 nəfər soydaşımızı özündə birləşdirir.
    İllik hesabat yığıncağında çıxışlar oldu. Qaradağlı Bələdiyyəsinin sədri Novruz İbrahimov bildirdi ki, kənd bələdiyyəsi ötən il ərzində əhalinin elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün müəyyən işlər görmüş, il ərzində 2 kilometr kəndarası yollara qum, çınqıl verilmiş, 5 kilometr təsərrüfatdaxili arxlar lildən təmizlənmişdir.
    Bütün görülən işlərlə yanaşı hələ çatışmazlıqlar var. Kənddə içməli su üçün bir ədəd, suvarma suyu üçün iki ədəd subartezian quyusunun qazılmasına ehtiyac var.
    Tədbirdə Qaradağlı kənd tam orta məktəbinin direktoru Eldəniz Ələsgərov, kənd ağsaqqalı Bayram Orucov, kənd sakinlərindən Fazil Quliyev, İradə Əliyeva, Nərminə Məmmədova, poçt işçisi Sahibə Əzimova, tibb məntəqəsinin həkimi Süleyman Məmişov, çıxış edərək görülən işlərdən və mövcud çatışmazlıqlardan danışdılar.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:10

    Teqlər:

İsmarıclar bağlıdır.