Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Yan

    Изображение 169Изображение 185Cəbhə xəttinin lap yaxınlığında yaşayan Qaraağacı, Qaradağlı və Qapanlı kəndlərini birləşdirən Qaraağacı kənd İƏD-də keçirilən hesabat yığıncağında öncə aprel hadisələri zamanı bu kəndlərdə mülki əhalinin hərbçilərimizlə sıx birliyindən danışıldı. Qeyd olundu ki, may ayında Prezident İlham Əliyevin Mehriban xanımla birlikdə Qapanlı kəndinə gəlməsi, sakinlərlə səmimi görüşü, onların qayğıları ilə maraqlanması və bunların həlli üçün görülən işlər insanlarda ruh yüksəkliyi yaratdı.
    Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidovun illik hesabat məruzəsində bütün bunlar haqqında ətraflı söhbət getdi. Bu münasibətlə keçirilən yığıncaqda qeyd olunub ki, düşmənlərin bütün təxribatlarına baxmayaraq, ərazidə yerləşən kəndlərin sakinləri dinc quruculuq işləri ilə, əkin-biçinlə məşğul olurlar.
    Hesabat məruzəsində göstərildi ki, aprel hadisələri zamanı nümayəndəliyin ərazisində bir neçə evə dəymiş ziyan tez bir zamanda dövlət vəsaiti hesabına aradan qaldırılıdı.
    Ötən il Qapanlı kəndində Bərpa Agentliyi tərəfindən tibb məntəqəsi tikilib əhalinin istifadəsinə verilib ki, cəbhə bölgəsində yerləşən bir kənd üçün bu, xüsusilə vacibdir. Buradakı uşaqlardan ötrü nəzərdə tutulan təhlükəsiz oyun meydançası da yenidən qurulub. Bundan əlavə yollarda təmir işləri aparılıb, Qaradağlı və Qapanlı kəndlərində kəndarası elektrik xətlərinin kabelləşdirilməsi və dirəklərinin dəyişdirilməsi işlərinə başlanılıb. Sahə və yolların kənarlarına 600-dən çox ağac əkilib.
    Ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişafına dair verdiyi tapşırıqlar bu ərazidə də uğurla yerinə yetirilir. Xüsusən pambıqçılığa daha çox diqqət göstərilir. Çünki camaatın bu sahədə böyük təcrübəsi var.
    Hesabat yığıncağında Qaraağacı Bələdiyyəsinin sədri Rizvan Əzimov, Qaradağlı kəndinin sakini İnqilab Cabbarov, Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva, Qaraağacı kənd tam orta məktəbinin müəllimi Rəşad Qarayev ötən ilki işlərdən danışmaqla yanaşı, qarşıda duran vəzifələrdən də söhbət açıblar.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:28

    Teqlər:

İsmarıclar bağlıdır.