Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,256
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15May

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu ucqar kəndlərimizdən olan Rəcəblidə ke çirildi.
    Qonaqları şəhid anası Simuzər Mehdiyeva salamladı. Təkcə Sarov kənd İnzibati Ərazi Dairəsində deyil, rayonumuzda və eləcə də kəndlərimizdə görülən geniş quruculuq, abadlıq işlərinə görə ölkə Prezidentinə və rayon rəhbər liyinə kənd sakinləri adından dərin minnətdarlıq ifadə etdi. Sonda ağbirçək ana kənddə 1 ədəd subartezian quyusuna ehtiyac olduğunu diqqətə çatdırdı.
    Rəcəbli kənd ümumi orta məktəbinin direktoru Mayıl Aslanov, kənd sakinlərindən Yusif Mahmudov, Kamran Hümbətov, Mirzə Hüseynov, Şəfiqə Orucova və Xəlil Aslanov kənddə mövcud olan bəzi problemlərdən söz açdılar, arzu və təkliflərini bildirdilər. Göstərildi ki, kənd feldşer-mama məntəqəsinin binası yararsız vəziyyətdədir, təmirə ciddi ehtiyacı var. Sonra yüksək gərginlikli elektrik xəttlərinin yaşayış evlərinin üstündən keçərək, təhlükə yaratmasından, bəzi evlərdə işığın daimi yanmamasından, baytar texnikləri tərəfindən mal-qaraya vaksinlərin vaxtında vurulmamasından və digər məsələlərdən danışdılar.
    Görüşdə əhali tərəfindən qaldırılan məsələlərin bir hissəsi yerində öz həllini tapdı, qalanlarının icrası üçün aidiyyati təşkilatların rəhbərlərinə lazımi tapşırıqlar verildi.

    Müəllif: Redaktor, 15:17

    Teqlər:

İsmarıclar bağlıdır.