Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Yan

    İL İLDƏN UĞURLU GƏLİR

    Изображение 136 (Копировать)Изображение 108Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Hacıqərvənd kənd İƏD üzrə nümayəndəsi Vəli Əliyev ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağındakı məruzəsində bildirdi ki, bizim nümayəndəliyin ərazisi 1271 hektar, əhalisinin sayı 2891 nəfərdir. Ailə təsərrüfatlarının sayı 696-dır. Ərazidə 62 məcburi köçkün və qaçqın ailəsi məskunlaşıb və bu ailələr 247 nəfəri əhatə edir. Ərazidə 624 yerlik tam orta məktəb, 75 yerlik körpələr evi-uşaq bağçası, həkim məntəqəsi, mədəniyyət evi, klub, kitabxana, poçt-rabitə şöbəsi, müasir tipli elektron avtomat telefon stansiyası fəaliyyət göstərir.
    Ərazidə 960 hektar əkin sahəsi var. Bunun 480 hektarı payızlıq əkinlərdir.
    Kənddə əkinçiliklə yanaşı heyvandarlıq da inkişaf etdirilir. İribuynuzlu mal-qaranın sayı 2770 baş, xırdabuynuzlular isə 10 min 300 başdır.
    Ölkəmizdə abadlıq-quruculuq işləri bu ərazidə də öz əksini tapır. Kəndə ötən il mavi qaz yanacağı verildi. İndi elektrik təsərrüfatının yenidən qurulması işinə başlanmışdır. Beş ədəd müasir tipli gərginlik transformatoru quraşdırılmışdır, dörd ədəd transformatorun dayaqları, dəmir dayaqlarla əvəz olunmuş, naqillər kabelləşdirilmişdir. Hal-hazırda bu işlər davam etdirilir. Ötən il 2 ədəd subartezian quyusu qazılıb istifadəyə verilmişdir. Avtomat telefon nömrələrinin sayı 240-dan 340-a çatdırılmışdır.
    Hacıqərvənd Bələdiyyəsinin sədri Kəmaləddin Heydərov, Hacıqərvənd kənd tam orta məktəbinin direktor əvəzi Vaqif Əsgərov, kənd ağsaqqalı Əli Əliyev, tibb məntəqəsinin həkimi Məhəbbət Həsənova, icma sədri Mehman Mehdiyev, sakinlərdən Şüşən Alışova, Sədaqət Əkbərova, Nurəddin Kərimov və Fidan Quliyeva çıxış edərək görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açdılar. Nümayəndəliyin illik hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirak etdi və kənd sakinlərinin suallarını cavablandırdı.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:55

    Teqlər:

İsmarıclar bağlıdır.