Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Yan

    AZƏRBAYCAN İSLAM DƏYƏRLƏRİNƏ SADİQ ÖLKƏDİR

    5656565Hər bir xalqın özünəməxsus milli-mənəvi dəyərləri olur. Bunlara həm də ictimai dəyərlər aiddir. Çünki müxtəlif cəmiyyətləri bir-birindən fərqləndirən dil, din, adət-ənənələr, milli mentalitet, mədəniyyət və s. dəyərlərdir.
    Azərbaycanın coğrafi mövqeyi, onun Şərqlə Qərb arasında körpü rolunu oynaması xalqımızda xüsusi keyfiyyətlərin formalaşmasına təsir göstərmiş, tarixən Azərbaycanda müxtəlif dinlərin, millətlərin, konfessiyaların nümayəndələrinin mehriban və dinc yanaşı yaşamasına şərait yaratmışdır.
    Bu gün, XXI əsrin əvvəlində, dünyada baş verən müharibələr, toqquşmalar, dini zəmində qarşıdurmalar fonunda xalqımıza xas olan bu multikultural dəyərlərin nə qədər önəmli olması bir daha aydın olur. Din pərdəsi altında müxtəlif radikal dini təşkilatlar müsəlman aləmində çaxnaşma yaradır, İslam dünyasını zəiflətməyə çalışırlar. Əslində bu qarşıdurmaların dinlə heç bir əlaqəsi yoxdur və bunları törədənlərin yalnız bir məqsədi var–ayrı-ayrı dövlətləri, xalqları zəiflədərək dünyada hegemonluq etmək, təbii və digər sərvətlərə yiyələnmək. Nəticədə günahsız insanlar ölür, ev-eşiklərini tərk edərək qaçqınlıq həyatı yaşamağa məcbur olurlar.
    Bu gün din amilindən istifadə edərək müsəlman ölkələrində törədilən terrorun, müxtəlif münaqişələrin qarşısının alınmasında İslam həmrəyliyi, yer üzündə yaşayan bütün müsəlmanların birliyi böyük rol oynaya bilər.
    Dövlət başçısı İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili,” onun davamı kimi bu ili “İslam həmrəyliyi ili” elan etməsi bütün dünyada yaşayan insanları birləşməyə, dinlər və məzhəblər arasında dialoq qurmağa bir çağırışdır.
    Bu gün Azərbaycanda olan dövlət-din münasibətləri bütün dünyaya nümunədir. Bunun əsası isə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.
    2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı fərmanla Azərbaycan Pespublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komutəsi ya-radılıb və bununla da dövlət-din münasibətlərinin inkişafında yeni mərhələ başlanıb.
    Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi dinimizə dövlət tərəfindən xüsusi qayğı göstərilməsini diqqət mərkəzində saxlayır. Ölkəmizdə yeni ibadət ocaqları tikilir, köhnə məscidlər təmir olunur.
    Tərtər “Cümə” Məscidinin də əsaslı təmir edilməsi bu işlərə nümunədir. Əgər Sovet İttifaqı dağılarkən ölkəmizdə 17 məscid fəaliyyət göstərir-disə, indi onların sayı 2000-i ötüb. Bu sahədə Heydər Əliyev Fondunun Prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da fəaliyyəti təqdirəlayiqdir.
    Azərbaycan həmcinin ümumilikdə İslam dünyası ilə əlaqələri möhkəmləndirməyə çalışır. Ümummilli Lider Heydər Əliyevin dövründən başlayaraq ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının işində fəal iştirak edir. Bununla yanaşı, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində ölkəmiz sivilizasiyalararası və mədəniyyətlərarası, dini dözümlülük, birgəyaşayış ənənəsi, həmrəylik ideyasının təşviqi ilə bağlı regional və beynəlxalq konfransların, yüksək səviyyəli forumların keçirildiyi əsas məkana çevrilib.
    Prezidentimiz tərəfindən Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması insanları yalnız dini amil əsasında deyil, həm də iqtisadi, mədəniyyət və mənəviyyat sahəsində birləşdirəcək. Bu isə Yer kürəsində yaşayan mənfi proseslər fonunda insanları bir daha sülhə və əmin-amanlığa səsləyəcək.
    Həmçinin bu il ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, böyük siyasi hadisədir və Prezident İlham Əliyevin dediyi kimi: “Bu, bir daha Azərbaycanın müstəqil, öz dəyərlərinə, İslam dünyasına sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq.”
    Bu gün Azərbaycan bütün müsəlman ölkələri ilə eyni dərəcədə xoş münasibət saxlayır. “İslam Həmrəyliyi ili” bu münasibətləri daha da möhkəmləndirəcək.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:18

    Teqlər:

İsmarıclar bağlıdır.