Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Fev

    Изображение 241Изображение 240Sarov, Rəcəbli Kovdadıq və Bildirçinli kəndlərini əhatə edən Sarov kənd İnzibati Ərazi Dairəsində də 2016-cı ildə bəzi müsbət nəticələr əldə olunub. Hesabat yığıncağında bu barədə nümayəndə əvəzi Telman Paşayevin məruzəsi dinlənilib. Qeyd edilib ki, ötən il Sarov kəndi qazla təmin olunub. Bildirçinli, Kovdadıq, Umudlu, Rəcəbli kəndlərinə də yaxın günlərdə qaz çəkilişinə başlanacaqdır.
    Əhalinin suya olan ehtiyacını ödəmək məqsədilə ərazidə bir subartezian quyusu qazılıb, istifadəyə verilmişdir.
    Buna baxmayaraq, ermənilər tərəfindən Sərsəng Su Anbarından lazım olan zamanlar arxlara su buraxılmadığına görə sakinlər bitkiçilikdə nəzərdə tutduqları məhsuldarlığı əldə edə bilmirlər. Belə ki, 2016-cı ildə Sarov kənd İƏD üzrə nümayəndəlyin ərazisində 1045 ton taxıl, 430 ton arpa, 109 ton kartof, 55 ton günəbaxan, 25 ton şəkər çuğunduru, 113 ton pambıq, 2 ton lobya, 9 ton qarğıdalı, 222 ton tərəvəz, 272 ton meyvə və 160 kq barama istehsal olunmuşdur ki, bunlar da gözlənildiyindən azdır.
    Cari ildə bütün sahələr üzrə məhsuldarlığı artırmaq, xüsusən də ölkə başçısının tapşırığına əsasən, pambıqçılığı və baramaçılığı inkişaf etdirmək üçün indidən lazım olan tədbirlər görülür. Bu məqsədlə hazırda 110 hektar sahə pambıq əkini üçün hazırlanır və ərazidə baramaçılığın yem bazası yaradılır.
    Hesabat yığıncağında Sarov Bələdiyyəsinin sədri Yusif Paşayev, Sarov kənd tam orta məktəbinin direktoru Zərifə Şirinova, Rəcəbli kənd əsas məktəbinin direktoru Mayıl Aslanov, Sarov kənd həkim qəbulu məntəqəsinin baş həkimi Zoya Muradova, Kovdadıq kənd ibtidai məktəbin direktoru Lalə Səfərova və şəhid atası Mənsim Allahverdiyev çıxış ediblər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:10

    Teqlər:

İsmarıclar bağlıdır.