Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Fev

    01Изображение 2042016-cı ildə daxil olmuş müraciətlərin 2015-ci illə müqayisəli təhlili aparılmış, müəyyən olmuşdur ki, vətəndaşlardan bilavasitə təşkilata ünvanlanan müraciətlərin sayı artmasa da, dövlət orqanlarından və digər qurumlardan daxil olan müraciətlərin ümumi sayı artmışdır. 2015-ci illə müqayisədə 2016-cı ildə daxil olmuş müraciətlərin ümumi sayı 296 və ya 43,6 faiz artmışdır.
    Hesabat ilində rayonda müraciətlərin artmasına əsas səbəb birinci Qarabağ müharibəsi və aprel hadisələri zamanı zərər çəkmiş evlərin bərpası, əhalinin əmlak və təsərrüfatına dəymiş ziyanın ödənilməsi, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin olunması, əsasən ermənilərlə həmsərhəd ərazilərdə yaşayan məcburi köçkünlərin ev tələbi, içməli və suvarma suyu üçün subartezian quyularının qazılması, sosial yardım və müavinətlər, işlə təmin olunma və s. olmuşdur.
    Изображение 1124Bir qayda olaraq hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılmış, onlara gecikdirilmədən cavab verilmişdir.
    Rayon icra hakimiyyəti başçısı aparatında 2147 nəfər vətəndaş qəbul olunmuşdur. Onlardan 993 nəfəri icra hakimiyyəti başçısı tərəfindən, 1154 nəfəri isə başçının müavinləri və şöbə müdirləri tərəfindən qəbul edilmişdir.
    Rayon icra hakimiyyəti başçısının rayonun hüquq mühafizə orqanları və idarə rəhbərləri ilə birlikdə yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər təcrübəsi davam etdirilmiş, il ərzində 44 yaşayış məntəqəsində icra hakimiyyəti başçısının səyyar qəbul-görüşləri keçirilmişdir.
    Изображение 158Изображение 006Bu görüşlərdə 5470 vətəndaş iştirak etmiş, 386 nəfər vətəndaş müraciətlə çıxış etmişdir.
    Şura yığıncaqlarında vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması məsələləri 4 dəfə müzakirə olunmuş, aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr verilmişdir.
    Rayon icra hakimiyyəti başçısının 12 dekabr 2016-cı il tarixli, 209 saylı əmri ilə 2016-cı ildə rayon icra hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu haqqında cədvəl təsdiq olunmuş, “Yeni Tərtər” qəzetində vətəndaşların məlumatlandırılması üçün dərc edilmişdir.
    Dövlət idarəçiliyi prinsiplərinin tətbiqi
    Ötən illərdə olduğu kimi, 2016-cı ildə də rayon icra hakimiyyəti işini “Dövlət qulluğu haqqında” və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun qurmuşdur. Rayon icra hakimiyyəti başçısının aparatında, İƏD üzrə nümayəndəliklərdə sənədlərlə işin yaxşılaşdırılması və kargüzarlığın təşkili daim

    ...Növbəti mərhələdə iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlər görüləcək. Xüsusilə kənd təsərrüfatının inkişafı ilə bağlı bizim böyük planlarımız var. Bizim kənd təsərrüfatı ilə bağlı son təşəbbüslərimiz üzrə Tərtərdə görülən işlər buradakı təqdimatda əksini tapıb.
    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    nəzarətdə saxlanılmışdır.
    Изображение 024Изображение 063Rayonda işin stil və metodlarının təkmilləşdirilməsi və operativliyinin artırılması davam etdirilmişdir. Kadrların tapşırılmış iş üçün məsuliyyəti yüksəlmiş, işdə operativlik artırılmışdır.
    Sevindirici haldır ki, keçən il Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamları ilə rayonumuzdan 2 nəfər “Tərəqqi”, 1 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş, 1 nəfər “Əməkdar tibb işçisi” fəxri adına layiq görülmüşdür.
    Cari ilin yanvar ayında inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə keçirilmiş hesabat yığıncaqlarında 1981 nəfər iştirak etmiş, 216 nəfər çıxış etmiş, 180-dən çox tənqidi qeyd söylənilmişdir. Yığıncaqların böyük əksəriyyətinin mərkəzi kütləvi informasiya vasitələrində və “Yeni Tərtər” qəzetində işıqlandırılması təmin olunmuşdur, hesabat yığıncaqlarında söylənilmiş təklif və tənqidi qeydlərin həyata keçirilməsi üçün “Tədbirlər Planı” hazırlanmış və icrasına başlanılmışdır.
    Hesabat dövründə rayon icra hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Şuranın 27 iclası keçirilmiş, 27 məsələ müzakirə edilmişdir. İl ərzində rayon icra hakimiyyəti başçısı aparatına Azərbaycan Respublikasının 36 Qanunu, Azərbaycan Respublikası Prezidentinin 37 Fərmanı, 36 Sərəncamı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin 3 Sərəncamı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 45 qərarı və 10 sərəncamı daxil olmuşdur. Etiraf etməliyəm ki, 2016-cı ildə bir sıra uğurlar əldə etsək də, təhlillər göstərir ki, bu son hədd deyildir, belə ki, işimizdə nöqsan və çatışmazlıqlar, həllini gözləyən problemlər də vardır. Onların aradan qaldırılması üçün 2017-ci ildə qüvvələr səfərbər olunmalı, məqsədyönlü tədbirlər həyata keçirilməlidir.
    Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevi əmin edirəm ki, Tərtərə göstərdiyi diqqət və qayğıya cavab olaraq bu ildə də rayonumuzun sosial-iqtisadi göstəricilərinin daha dinamik inkişafına nail olunması, insanların rifah halının daha da yaxşılaşdırılması, Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının ye-kunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi üçün rayon icra hakimiyyəti, yerli strukturlar, idarə, müəssisə və təşkilatlar tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir. Ölkəmizdə həyata keçirilən islahatlara, dövlət başçısının daxili və xarici siyasətinə dəstək olacaq, xalqımızın firavan yaşaması naminə var qüvvəmizlə çalışacaq, ili yeni nailiyyətlərlə başa vuracağıq.

    Müəllif: Redaktor, 11:13

    Teqlər:

İsmarıclar bağlıdır.