Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Fev

    14505393063131457964_1000x669DSC01506Burada yeni ailə quran gənclərin nikah mərasimləri də keçirilmişdir.
    Hesabat dövründə rayonda 11 siyasi partiya fəaliyyət göstərmişdir. Bu təşkilatların informasiya bazasının təhlili göstərir ki, həmin partiyalardan rayonun ictimai-siyasi həyatına yalnız Yeni Azərbaycan Partiyasının yerli təşkilatı təsir göstərir. Digər partiya təşkilatlarının heç bir fəaliyyəti yoxdur.
    Yeni Azərbaycan Partiyasının sıralarına hesabat ilində Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq 209 nəfər qəbul olunmuş, üzvlərin sayı 5903 nəfərə çatmışdır. Onlardan 3134 nəfərini qadınlar, 1310 nəfərini isə gənclər təşkil edirlər.
    Rayonda 4 qeyri-hökumət təşkilatı fəaliyyət göstərmişdir. Müddət ərzində rayonumuzda ictimai-siyasi təşkilatlar və aztəminatlı ailələr, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və məcburi köçkünlərlə səmərəli iş aparılmışdır.
    İl ərzində rayon icra hakimiyyəti işini kütləvi informasiya vasitələri ilə “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikasının qanununa uyğun qurmuşdur. 3Изображение 420Dövlət və özəl televiziyalarda, mətbuatda, o cümlədən, “Yeni Tərtər” rayon qəzetində rayonun göstəricilərini əks etdirən müxtəlif səpkili materiallar verilmişdir. Rayonun ictimai-siyasi həyatı “Yeni Tərtər” qəzetində öz əksini tapmışdır. Qəzetin əməkdaşları tərəfindən müxtəlif mövzularda yazılan məqalələr oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. 2016-cı ildə də “Yeni Tərtər”in elektron saytı fəaliyyət göstərmişdir. Saytın məlumatına görə hazırda “Yeni Tərtər” 20 xarici ölkədə oxunur və izlənir.
    Azərbaycan Mətbuat Şurası Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə vətənpərvərlik mövzusunda işıqlandırılan yazıların mükafatlandırılması üçün “Qarabağ” media mükafatı təsis etmiş, ilk dəfə olaraq bu mükafatın təqdimetmə mərasimi Tərtər rayonunda keçirilmiş, “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifə “Qarabağ” media mükafatı təqdim olunmuşdur.
    Изображение 025Redaktor müavini Svetlana Bağırova 2016-cı il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun respublika üzrə təşkil etdiyi jurnalist yazı müsabiqələrinin hər üçündə qalib olmuş, diplom və pul mükafatı almışdır. Bunlarla bərabər o, Azərbaycan Mətbuat Şurası və Azərbaycan və Qeyri-Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi tərəfindən keçirilən jurnalist yazı müsabiqəsində “Aprel hadisələrinin cəmiyyətdə doğurduğu abu-hava” mövzusu üzrə xüsusi diploma və pul mükafatına layiq görülmüşdür.
    Hesabat dövründə Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” Qanununun icrası təmin olunmuşdur.
    Hesabat dövründə Tərtər Şəhər Cümə Məscidi Dini İcması yaradılmışdır.
    Dövr ərzində rayon icra hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiya və digər aidiyyəti təşkilatlar dindarlar arasında ictimai-siyasi duruma ciddi fikir vermişlər. Komissiya zərərli dini ədəbiyyatın rayona gətirilməsinin və yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirmişdir. Rayonda dini durumun sabit və normal olması üçün dini maarifçilik sahəsində vətəndaşların radikal dini qruplaşmalarının, qeyri-ənənəvi təriqətlərin təsiri altına düşməməsinin, mövhumatçılığa, xurafata meyllənməsinə qarşı aparılan işlər hər vasitə ilə gücləndirilmişdir.
    Rayonda ictimai-siyasi vəziyyətə təsir edən amillər daim diqqət mərkəzində saxlandığından siyasi du-rum sabitdir. Tərtərlilər xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyev ideyalarına sadiqdirlər və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyərək ətrafında sıx birləşmişlər.
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rayon icra hakimiyyəti ilə birgə “Xalqımızın milli-dini adət-ənənələri və dini radikalizm”, “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzularında 2, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə rayon icra hakimiyyəti ilə birgə “Dini ekstremizm və onun fəsadları” mövzusunda 1 konfrans keçirmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən “Heydər Əliyev və Azərbaycanda multikulturalizm“ mövzusunda açıq dərs keçirilmiş, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” filmi rayon ictimaiyyətinə və məktəblilərə təqdim olunmuşdur.
    Hesabat ilində rayonda 5 təşviqat qrupu tərəfindən çoxsaylı görüşlər keçirilmiş, tədbirlərdə minlərlə adam iştirak etmişdir.

    Tərtər rayonunda qazlaşdırma 90 faizdən çoxdur, 100 faizə çatmalıdır. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Bu gün içməli su məsələsi də öz həllini tapır. Yəni, əsas infrastruktur məsələləri bunlardır. Bu, birinci mərhələdə görüləsi işlər idi.
    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Bələdiyyə orqanları ilə aparılan iş
    Hesabat ilində yerli əhəmiyyətli problemlərin həllində qeyri-dövlət sektorunun, o cümlədən müstəqil özünüidarə orqanı olan bələdiyyələrin gücündən istifadə olunması diqqət mərkəzində saxlanılmışdır. Rayon icra hakimiyyəti yerlərdə bələdiyyələrin şəhər və kənd icra nümayəndəlikləri ilə qarşılıqlı fəaliyyətinin təmin edilməsini özünün başlıca vəzifəsi hesab etmişdir.
    Kənd bələdiyyələrinin gücü ilə 55 kilometr təsərrüfatlararası arxlar lildən təmizlənmiş, 47 kilometr kənddaxili yollar qum-çınqılla təmir edilmişdir. İcra nümayəndələrinin və bələdiyyələrin gücü ilə kənd yollarının ətrafı abadlaşdırıl-mış, 11 min ədəd ağac və gül kolları əkilmişdir. Yerli bələdiyyələr tərəfindən “Bir bələdiyyəazı bir layihə” çərçivəsində rayon üzrə 60-dan artıq kiçik və orta həcmli layihələr həyata keçirilmişdir.
    Təəssüflə qeyd etmək lazımdır ki, yerli məsələlərin həllində bələdiyyələrin böyük əksəriyyətinin fəaliyyəti qaneedici deyildir, daxili imkanlardan hələ də lazımınca istifadə edilmir. Bələdiyyələrin çoxu yaşayış yerlərində əhalinin sosial problemlərinin həll olunması üçün qeyri-hökumət təşkilatları ilə lazımi əlaqə yaratmırlar.
    Acınacaqlı haldır ki, keçən il bələdiyyələrin böyük əksəriyyəti gəlirlər proqnozuna əməl etməmişlər. Səhlabad, Qaradağlı, Dəmirçilər, Hüsənli, Qaynaq bələdiyyələrinin işi qənaətbəxş deyildir.
    Yerli bələdiyyələr tərəfindən ötən illərdən yığılıb qalmış vergilərin toplanması, torpaqların qorunub saxlanılması, mühafizə olunması, qanunsuz tikililərin qarşısının alınması sahələrində zəif iş aparılır. Bələdiyyə sədrləri göstərilənlərdən düzgün nəticə çıxarmalı, üzərlərinə düşən vəzifələri mövcud qanunvericiliyə uyğun yerinə yetirməlidirlər.
    Vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkili
    2016-cı il ərzində rayon icra hakimiyyətinə ünvanlanmış 975 müraciət ilə bağlı məlumat elektron informasiya sisteminə daxil edilmiş, müraciətlər müvafiq olaraq aidiyyəti üzrə icraçılara verilmiş, “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icrasına nəzarət olunmuşdur.
    Dövr ərzində rayon icra hakimiyyəti başçısı aparatına daxil olmuş müraciətlərdən 424-ü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 29-u Nazirlər Kabinetindən, 23-ü Milli Məclisdən, 146-sı respublikanın digər təşkilatlarından, 353-ü isə vətəndaşlardan bilavasitə icra hakimiyyətinə ünvanlanan müraciətlərdir.

    Müəllif: Redaktor, 11:38

    Teqlər:

İsmarıclar bağlıdır.