Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Fev

    1005İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müvəkkil kredit təşkilatlarından rayonda yerləşən 30 sahibkarlıq subyektinə 227 min manat güzəştli kreditlər verilmiş, həmin layihələrdə 32 yeni iş yeri açılmışdır.
    Əhaliyə göstərilən ticarət, iaşə və digər xidmətlərin səviyyəsini yüksəltmək üçün 21 obyektin tikintisinə icazə verilmişdir.
    Rayonda kənd təsərrüfatı məhsullarının 98,5 faizi, sənaye məhsullarının 16,9 faizi özəl sektorda istehsal olunur, əhaliyə göstərilən nəqliyyat, ticarət, ictimai iaşə və məişət xidməti tam sahibkarlar tərəfindən həyata keçirilir.
    İstehlakçıların hüquqlarının müdafiə olunmasına, süni qiymət artımına və ticarət-xidmət intizamına nəzarəti həyata keçirmək üçün rayonda yaradılmış ictimai komissiya mütəmadi olaraq fəaliyyət göstərmişdir.
    03cay-7Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev digər sahələrlə yanaşı, ölkəmizdə aqrar sektorun inkişafına da xüsusi önəm vermişdir. Ölkə rəhbərinin kənd təsərrüfatında ənənəvi sahələrin inkişafı istiqamətində verdiyi tapşırıqlar rayonumuzda da uğurla icra edilir. Hazırda pambıqçılıq, baramaçılıq, fındıqçılıq və xurma istehsalının inkişafı istiqamətində stimullaşdırma tədbirləri həyata keçirilir, adları çəkilən sahələrdə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir. Keçən il 2866 hektar torpaq sahəsi təyinatı üzrə istifadə edilmədiyi üçün dövlətə qaytarılmışdır.
    Rayonumuzda pambıqçılığın köhnə şöhrətini bərpa etmək üçün əlavə torpaq sahələri əkin dövriyyəsinə daxil edilmiş, şəkər çuğunduru, bağçılıq və başqa sahələrə diqqət gücləndirilmişdir. Vaxtilə Tərtərdə pambıqçılıq sahəsində olduqca böyük uğurlar əldə edilmişdir. Sovet dönəmində rayonda 11 min hektara yaxın pambıq əkilmiş sahələrdən 43 min tondan artıq məhsul götürülmüşdür. Bu qiymətli məhsulun hesabına rayon iqtisadiyyatı xeyli gəlir əldə etmişdir. Pambıqçılıq əhalinin əsas gəlir mənbəyinə çevrilmiş, maddi rifah halının xeyli yüksəlməsində böyük rol oynamış, lakin sonralar ölkədə baş verən məlum hadisələr bir çox kənd təsərrüfatı bitkiləri kimi pambıqçılığın da tənəzzülünə səbəb olmuşdur.
    Cari ildə rayonumuzda pambıqçılığın inkişafına nail olmaq, bu qiymətli sərvətin əvvəlki şöhrətini qaytarmaq istiqamətində lazımi tədbirlər həyata keçirilmişdir. 2016-cı ildə isə rayonumuzda 1035 hektar pambıq əkilib becərilmişdir. Əvvəlki ilə nisbətən pambıq əkini 88,2 faiz artmışdır. Mövsüm ərzində 2332 ton pambıq tədarük edilmişdir ki, bu da əvvəlki ilə nisbətən 2,6 dəfə çoxdur. Hər hektar pambıq sahəsində orta məhsuldarlıq da ötən ilə nisbətən 6,5 sentner artaraq 22,5 sentnerə çatmışdır.
    Rayonda kənd təsərrüfatı məhsulunun ümumi həcmi 2015-cı ilə nisbətən 8,2 faiz artaraq 49 milyon 838,6 min manat təşkil etmişdir ki, onun da 58,1 faizi bitkiçilik sahəsinin, 41,9 faizi heyvandarlıq sahəsinin hesabına formalaşmışdır.
    Dövr ərzində rayonda 27 min 106 hektar sahədə əkin aparılmışdır. Onun 46,3 faizi dənli və dənli paxlalılar, 11,6 faizi texniki bitkilər, 5,4 faizi kartof, tərəvəz və bostan bitkiləri, 36,7 faizi yem bitkiləri olmuşdur.
    Keçən il 7932 hektar buğda sahəsindən 29 min 586 ton məhsul yığılmış, hər hektardan orta məhsuldarlıq 37,3 sentner olmuşdur.
    Rayonda kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün aqrotexniki qaydalara ciddi əməl edildiyindən 1187 hektar sahədən 56 min 872,1 ton şəkər çuğunduru istehsal edilmiş, hər hektardan orta məhsuldarlıq əvvəlki ilə nisbətən 35,6 faiz və ya 125,7 sentner artaraq 479,1 sentnerə çatmışdır ki, bu da respublika üzrə məhsulun həc-minə görə rekord göstəricidir. Ölkə baş-çısının tövsiyə və tapşırığına əsasən keçən il rayonda bağçılığın inkişaf etdirilməsi məqsədilə 46,5 hektar yeni meyvə bağları salınmışdır. Onun 12,1 hektarı fındıq, 24,4 hektarı xurma, 10 hektarı isə digər meyvə bağları olmuşdur. Gələcəkdə rayonda gəlirli sahələrdən olan baramaçılığın inkişafını təmin etmək üçün 3 hektar sahədə 32 min ədəd çəkil tingi əkilmişdir.
    2017-ci ildə rayonda kənd təsərrüfatı məhsulları istehsalının daha da artırılması, məhsuldarlığının yüksəldilməsi məqsədilə aqrotexniki qaydalara ciddi əməl etməklə 13 min 692 hektar sahədə şum aparılmış, 9871 hektar sahədə taxıl səpilmişdir.
    2017-ci ildə rayonda 3000 hektar sahədə pambıq, 2000 hektar sahədə şəkər çuğunduru əkilməsi və 4 ton barama tədarük edilməsi qarşıya məqsəd qoyulmuşdur.
    Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın artırılması məqsədilə işlər davam etdiril-mişdir. Göstərilən lazımi zoobaytar xidməti nəticəsində iribuynuzlu mal-qaranın sayı 26,8 min başa, o cümlədən inəklərin sayı 11,9 min başa, xırdabuynuzlu heyvanların sayı 71 min başa, quşların sayı 262,5 min başa, arı ailələrinin sayı 2874-ə çatdırılmışdır. Heyvandarlıq məhsulları istehsalı da ötən illərdə olduğu kimi artan templə inkişaf etmişdir.
    2016-cı ildə rayonda 2790,4 ton diri çəkidə ət, 20 min 127,4 ton süd, 7 milyon 815 min ədəd yumurta, 124,6 ton yun, 959 kiloqram barama istehsal edilmişdir. 2015-ci ilə nisbətən ət istehsalı 2,1, süd istehsalı 13,4, yumurta istehsalı 0,3 və yun istehsalı 0,5 faiz artmışdır.
    Hesabat ilində rayon üzrə kənd təsərrüfatı məhsullarının istehsalçılarına ümumilikdə 1,5 milyon manat dövlət büdcəsinin vəsaiti hesabına yardım verilmişdir.
    İl ərzində 925 nəfər məhsul istehsalçısına güzəştli şərtlərlə 1456 ton mineral gübrə satılmışdır.
    Əkinlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə il ərzində suvarma sistemlərində 946 min kubmetr lildən təmizləmə işi aparılmış, daşqın və selə qarşı mübarizə məqsədilə 77 min kubmetr torpaq işləri görülmüş, 37 ədəd hidrotexniki qurğu, 43 ədəd hidrometrik post, 3 kilometr uzunluğunda istismar yolu cari təmir edilmişdir.
    Susuzluqdan zərər çəkən ərazilərdə 14 ədəd yeni subartezian quyusu qazılmışdır. 7 ədəd quyuda təmir-bərpa işləri başa çatdırılaraq istismara verilmişdir.
    Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən Tərtər rayonu üzrə heyvandarlığın inkişafına 155 min manat güzəştli kredit verilmişdir.
    Rayonda taxıl toxumçuluğunun inkişafı məqsədilə 3 özəl toxumçuluq təsərrüfatı yaradılmış və hal-hazırda onlar toxumçuluq fəaliyyəti ilə məşğul olurlar. Bu da, şübhə yoxdur ki, rayonda taxılçılığın inkişafına təkan verəcəkdir.
    2016-cı il ərzində Tərtər rayon Bitki Mühafizə Mərkəzinə 780 kq sink-fosfid preparatı gətirilmiş və 11 min 62 hektar sahədə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri aparılmışdır.
    Keçən il aqrar sahədə bir sıra tədbirlər həyata keçirilsə də, görülən işlər günün tələbləri səviyyəsinə çatdırılmamışdır. Torpaqların meliorativ tərkiblərinin yaxşılaşdırılması, mühafizəsi və icarə haqlarının toplanması sahəsindəki vəziyyət qaneedici deyildir. Bitkilərə normadan az mineral və üzvi gübrələr verilməsi, səpin zamanı keyfiyyətsiz toxumlardan istifadə edilməsi mövcud imkanlardan xeyli aşağı məhsul götürülməsi ilə nəticələnir.
    Kənd təsərrüfatı bitkilərinin ziyanverici və xəstəlikləri ilə mübarizə sahəsində aparılan tədbirlər kifayət etmir. Odur ki, rayon icra hakmiyyəti başçısı aparatının müvafiq şöbəsi, kənd təsərrüfatı idarəsi, idarə, müəssisə rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr və mülkiyyətçilər göstərilən nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlər həyata keçirməlidirlər.
    Əhalinin sosial müdafiəsi məsələləri
    Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin hesabına 2016-cı ildə 3 milyon 620,1 min manat vəsait daxil olmuşdur. Dövr ərzində 9899 nəfər pensiya almış, bunun 8858 nəfərini işləməyən, 1041 nəfərini işləyən pensiyaçılar təşkil etmişdir. 3819 nəfər sosial müavinət, 786 nəfər Prezident təqaüdü almış, 47 nəfər tənha və kimsəsiz qocaya xidmət göstərilmişdir. İl ərzində 1157 ailənin 5179 ailə üzvünə sosial yardım təyin edilmiş, hər bir ailə üzvünə orta hesabla 33,87 manat aylıq ünvanlı sosial yardım ödənilmişdir.
    2016-cı il ərzində rayonda ev növbəsində olan 4 nəfər şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir. Cari ildə isə 10 nəfər üçün fərdi yaşayış evlərinin tikintisinə başlanılmışdır.
    Məşğulluq mərkəzinə il ərzində 1123 nəfər işaxtaran vətəndaş müraciət etmiş, bunlardan 427 nəfəri rayonun idarə, müəssisə və təşkilatlarında peşə və ixtisaslarına uyğun daimi işlə təmin olunmuşdur. Mərkəzdə işaxtaran kimi qeydiyyatda olan 70 nəfər vətəndaşa işsizlik statusu, 73 nəfərə işsizlik müavinəti təyin olunmuşdur. İşaxtaran və işsiz vətəndaşların məşğulluğunu təmin etmək məqsədi ilə rayonda əmək yarmarkası keçirilmişdir.
    Dövlət Sığorta Kommersiya Şirkətinin Tərtər Filialı il ərzində müəyyən işlər görsə də, bəzi sahələr üzrə tapşırıqları yerinə yetirə bilməmişdir.
    2016-cı ildə rayonda informasiya və rabitə xidmətlərinin həcmi əvvəlki ilə nisbətən 0,8 faiz artaraq 611,2 min manat olmuşdur ki, onun 86,2 faizi və ya 526,4 min manatı bilavasitə əhaliyə göstərilmişdir.
    Dövr ərzində rayon əhalisinə 3008 nömrə tutumu olan bir mərkəzi, 5040 nömrə tutumu olan 27 kənd elektron ATS-i və 20 nömrəlik 5 yaşayış məntəqəsini əhatə edən peyk avadanlığı vasitəsi ilə rabitə xidməti göstərilmiş, abonentlərə 122 telefon çəkilmişdir. Genişzolaqlı internet xidmətinin genişləndirilməsi məqsədilə 520 portluq əlavə internet avadanlığı quraşdırılıb. İl ərzində internet istifadəçilərinin sayı 2164 abonentə, özəl pravayderlər üzrə isə 445 abonentə çatdırılıb. Ümumilikdə rayonda 2609 internet istifadəçisi vardır ki, bu da əvvəlki ildən çoxdur.
    “Azərpoçt” MMC-nin Tərtər Poçt Filialında illik tarif gəlirləri proqnozuna 172 min 300 manata qarşı 189 min 90 manat əməl edilmiş, plan 110 faiz yerinə yetirilmişdir.
    Mənzil istehsalat təmir istismar sahəsi il ərzində Tərtər şəhərində yerləşən 100 yaşayış binasının 1140 mənzilində 3842 nəfər əhaliyə xidmət göstərmiş, 19 min manat kommunal xidmət haqqı yığılmışdır.
    Hesabat ilində əhalinin və iqtisadiyyatın fasiləsiz olaraq elektrik enerjisi, qaz, istilik və içməli su təminatının yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmışdır. Xoruzlu, Kəbirli, Sarov, Bəyimsarov, Dəmirçilər, Ağkənd, Azadqaraqoyunlu, İlxıçılar, Seydimli kəndləri üzrə 3028 abonentə qaz xətti çəkilmişdir.

    Müəllif: Redaktor, 15:19

    Teqlər:

İsmarıclar bağlıdır.