Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Fev

     

    0102O vaxt Tərtərin siması tam başqa idi. Bu gün Tərtər müasir, abad şəhərdir, rayon inkişaf edir, vətəndaşlar daha da yaxşı yaşayırlar… Tərtər rayonunda işlər düzgün qurulub. Mən rayonda dəfələrlə olmuşam. Xüsusilə son vaxtlar burada gedən quruculuq-abadlıq işləri məni çox sevindirir. Əminəm ki, sizi də çox sevindirir. Keçən dəfə biz may ayında görüşmüşdük. O vaxt mən dağılmış evlərə baş çəkdim və bir daha əmin oldum ki, Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada döyüş bölgəsində düşmənlə üz-üzə möhkəm dayanıblar və atılan, evlərinə dəyən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir”.
    304Ölkə başçısının 6 dekabr 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Tərtər şəhərində 24 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə 3 milyon manat vəsait ayrıldı.
    Cənab Prezidentin xanımı Mehriban Əliyeva ilə 2 dəfə rayonumuza səfər etməsi yerli əhali tərəfindən sonsuz məhəbbətlə, rəğbətlə qarşılanmış, rayon əhalisində dövlətə və onun başçısına inamı qat-qat artırmışdır. Rayonumuzun sakinləri hər iki tarixi səfərin hər bir anını fəxrlə xatırlayır və rayonumuzun inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezidentimizə minnətdardırlar. Tərtərlilər Prezidentin müdrik və uzaqgörən siyasətini ürəkdən bəyənir və onun ətrafında sıx birləşdiklərini əməli fəaliyyətləri ilə sübut edirlər. Odur ki, 2016-cı ili əmək qələbələri ilə başa vuran zəhmət adamlarımız Prezidentimizin 2017-ci ildə qarşıya qoyduğu bütün vəzifələrin uğurlu həlli üçün əzmkarlıq göstərirlər. Keçən il rayonda görülən işlərlə yanaşı, Tərtər şəhərində 8 ədəd çoxmərtəbəli yaşayış binasının dam örtükləri əsaslı təmir olunmuş, 7 ədəd çoxmərtəbəli ictimai yaşayış binasının fasad hissələri və giriş blokları suvanıb rənglənmiş, 57 pəncərə və 21 qapı asılmışdır.
    506Tərtər rayonunun uğurlu inkişafı məni çox sevindirir. Şəhərin abadlaşması, şəhərdə və rayonda infrastruktur layihələrinin icrası göstərir ki, Azərbaycanın bütün bölgələri uğurla inkişaf edir və bizim vaxtilə qəbul etdiyimiz regionların sosial-iqtisadi inkişafı proqramı həyatda öz əksini tapır. Biz son illər ərzində bunu Tərtər rayonunun timsalında görürük.
    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    İl ərzində Tərtər şəhərinin H.Əliyev prospektində, F. Qulami küçəsində, Ş.Qurbanov, M.Mahmudov, V.Hüseynov, F.Əmirov, R.Mürsəlov, M.Əsədov, Nizami, V.Həsənov, Şah İsmayıl Xətai, E.Hüseynov küçələrində 12,1 km asfalt-beton örtüyü salınmış, Vaqif, S.Vurğun, T.İsmayılov küçələrində hazırda bu iş davam etdirilir.
    Şəhərin H.Əliyev prospektində, E.Hüseynov və Nizami küçələrində səkilərə 5500 kvadratmetr tamet daşları döşənmişdir. H.Əliyev prospektində, E.Hüseynov, Nizami, R.Mürsəlov, E.Səfərov, Xətai küçələrində ümumi uzunluğu 15 km olan yeni səki daşları düzülmüş, kommunikasiya xətləri qaydaya salınmış, küçələr genişləndirilmiş, gecə işıqlanması ilə təmin olunmuş, yaşıllıq zolaqları salınmışdır.
    Tərtər şəhərinin Nizami və Ə.Paşayev küçələrində yeni salınmış “Nümunəvi məhəllə”lərdə 2 ədəd müasir yaşıl örtüklü kiçik idman meydançaları tikilib istifadəyə verilmişdir.
    7Rayonda ekoloji tarazlığın qorunması məqsədilə yol kənarlarında və yaşayış məntəqələrində 32 mindən çox müxtəlif növ ağac, 1 milyon 300 min ədəd həmişəyaşıl kollar, 10 min gül əkilmişdir.
    Dövr ərzində Tərtər çayı sahilində 5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılmışdır. Buradan keçən Buruc arxı 300 metr məsafədə beton kanal şəklinə salınmışdır. Bu işlər davam etdirilir. 2016-cı ilin aprel ayında erməni silahlı birləşmələrinin növbəti təxribatı nəticəsində Tərtər şəhəri də daxil olmaqla 17 yaşayış məntəqəsində ölkə Prezidentinin sərəncamı ilə ayrılmış vəsait hesabına zərər çəkmiş yaşayış evləri yüksək səviyyədə təmir-bərpa olunaraq sakinlərin istifadəsinə verilmişdir.

    Kənd təsərrüfatı idarəsinin inzibati-laboratoriya binası tikilib istifadəyə verilmiş, mebel və avadanlıqlarla təchiz olunmuşdur.
    Rayonun Sarov kəndi ərazisində İncə-çayın üzərində qəzalı vəziyyətdə olan körpüdə başlanmış tikinti işləri davam etdirilir.
    Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən rayonda aparılmış əməliyyatlar nəticəsində 6 milyon 77 min 150 kvadratmetr ərazi təmizlənmiş, 175 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilmişdir.
    Dövlət Proqramında rayon üzrə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası nəticəsində infrastruktur daha da inkişaf etmiş, bir sıra sosial-iqtisadi problemlər həllini tapmışdır.
    2016-cı ildə rayon üzrə 2015-ci ilə nisbətən ümumi məhsul buraxılışının həcmi 46,4 faiz, kənd təsərrüfatı məhsulunun həcmi 8,2 faiz, sənaye məhsulunun həcmi 129,3 faiz, yükdaşınması 3,4 faiz, sərnişin daşınması 3,8 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 0,8 faiz artmışdır.
    Hesabat ilində rayon üzrə 11 milyon 885,1 min manat dəyərində əsas fondlar istifadəyə verilmiş, əsas kapitala yönəl-dilmiş investisiyaların həcmi 77 milyon 699,9 min manat təşkil etmiş, əvvəlki ilə nisbətən 2,9 dəfə artmışdır. Rayon ərazisində əhalinin şəxsi vəsaiti hesabına ümumi sahəsi 8,8 min kvadratmetr olan 128 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir.
    Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində rayonda pərakəndə ticarət dövriyyəsinin həcmi 144 milyon 326,4 min manat, ödənişli xidmətlərin həcmi 27 milyon 112,6 min manat, iaşə xidmətlərinin həcmi əvvəlki illə müqayisədə artaraq 3 milyon 758,2 min manat olmuşdur.
    Hesabat dövründə rayonda 1972-si daimi olmaqla 3478 yeni iş yeri, son üç ildə isə ümumilikdə 5908 yeni iş yeri, o cümlədən 2844 daimi iş yeri açılmışdır. 2016-cı ildə mövsümi kənd təsərrüfatı və rayonda aparılan tikinti-quruculuq işləri sahəsində 1506 yeni iş yeri açılmışdır.
    Rayon büdcəsinin yerli gəlirləri 4 milyon 548 min manata qarşı 4 milyon 622 min 594 manat və ya 102 faiz icra olunmuşdur. Büdcənin xərclər hissəsi isə 15 milyon 755 min 791 manata qarşı 14 milyon 466 min 608 manat həcmində, yaxud 92 faiz yerinə yetirilmişdir.
    Göründüyü kimi, 2016-cı ildə rayonun sosial-iqtisadi inkişafında nəzərəçarpa-caq yüksəliş əldə olunmuşdur.
    Sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər
    Sahibkarlığın inkişaf etdirilməsi hesabat ilində də diqqət mərkəzində olmuş, onların sərbəst fəaliyyət göstərmələri üçün sağlam mühit yaradılmışdır.

    Müəllif: Redaktor, 15:34

    Teqlər:

İsmarıclar bağlıdır.