Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Fev

    DSC_4563DSC_4594Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi rayon icra hakimiyyəti ilə birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının beşinci ildönümü münasibəti ilə tədbir keçirib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini ehtiramla yad edərək onun abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
    Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilib.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov 13 fevral–Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibətilə onları təbrik etdi və səfərbərlik hazırlığının yüksəldilməsi istiqamətində apardıqları şərəfli və məsuliyyətli işlərində uğurlar dilədi.
    DSC_4538Tədbirdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Ruslan Quliyev xidmətin 5 il ərzində keçdiyi şərəfli yoldan danışdı.
    Tədbirdə aprel hadisələri zamanı şəhid olmuş Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov, Qarabağ müharibəsi veteranı Bayram İbrahimov, Umudlu kənd tam orta məktəbin hərbi rəhbəri Rəhman Paşayev də öz ürək sözlərini bildirdilər. Sonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibəti ilə bir qrup şəxs Dövlət Xidməti və rayon icra hakimiyyəti tərəfindən təltif olundu.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:34

    Teqlər:

İsmarıclar bağlıdır.