Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Fev

    DSC_4468DSC_4526Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlarının yaradılması üçün onların mal və materiallarla təmin olunmasına başlanılıb.
    Tərtər rayonunda mal və materialların təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş təlimçisi Azad Rəhimov, Beynəlxalq Avrasiya Mətbuat Fon-dunun (BAMF) sədri Umud Rəhimoğlu, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək, ölkəmizdə yoxsulluğun aradan qaldırılması, əhalinin, o cümlədən aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun təmin edilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldüyünü bildirib.
    Tədbirdə BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Olqa Kulayevanın videomüraciəti olub.
    Özünüməşğulluq proqramının iştirakçısı olan II qrup Qarabağ müharibəsi əlili Əli Əsədov bildirib: “Dövlət başçısının məlum Sərəncamı bizlərə ailə gəlirlərimizi artırmaq üçün güclü dəstəkdir”.
    Tədbir iştirakçıları Tərtər rayonunun Seydimli kənd sakinləri Səbinə Məmmədovanın, Leyla Abdullayevanın, Qaradağlı kənd sakini Məmmədəli Məmmədovun, Təzəkənd kənd sakini Habil Zalovun özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar alınıb verilməklə yeni qurulmuş fərdi heyvandarlıq təsərrüfatları ilə tanış olublar.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:40

    Teqlər:

İsmarıclar bağlıdır.