Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Fev

    Hörmətli cənab Prezident!
    Azərbaycan dövlətinin xilaskarı, Ümummili Lider Heydər Əliyevin əbədiyaşar ideyalarına sadiqliyiniz, müdrik bir lider kimi apardığınız düşünülmüş, məqsədyönlü və ardıcıl siyasət nəticəsində 2016-cı ildə dünya ölkələrində tüğyan edən maliyyə və iqtisadi böhrana regional səviyyədə gedən mürəkkəb siyasi və iqtisadi prosseslərin mənfi təsirlərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının dayanıqlığının təmin edilməsi üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşmışdır ki, bu da bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amildir. Məhz Sizin gərgin səyləriniz nəticəsində siyasi sabitlik və iqtisadi potensial Azərbaycan iqtisadiyyatını böhrana qarşı dayanıqlı edib, ölkəmizi ən yaxşı inkişaf perspektivlərinə malik dövlətlərdən birinə çevirib.
    Hörmətli cənab Prezident!
    Sizin sədrliyinizlə cari ilin yanvar ayının 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağında, qeyd olunmuşdur ki, ötən il də Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi, iqtisadiyyatın rəqabət qabiliyyətinin, eləcə də ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması ili kimi tarixə düşmüşdür. Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən şaxələndirmə siyasəti nəticəsində qarşıya qoyulan bütün sosial vəzifələr tam yerinə yetirilmiş, iqtisadiyyatımız artmışdır. İndi Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının əsasını təşkil edir. Hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan böyük rol oynayır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri bu istiqamətdə əsas faktor hesab olunmalıdır. Sizin siyasi iradənizin, möhkəm qətiyyətinizin nəticəsidir ki, Azərbaycan dünya və Avropa ölkələri arasında söz sahibinə çevrilmişdir.
    Zatialiləri!
    Azərbaycana rəhbərlik etdiyiniz illər ərzində həmişə vətəndaşların qayğı və problemlərinin həlli yolunda Siz əvəzsiz xidmətlər göstərmiş, xalqımızın dərin rəğbət və inamını qazanmışsınız. İqtisadi böhran içində çırpınan müasir dünyada, ələlxüsus neftin ucuzlaşması ilə bağlı regionda milli valyutaların ciddi devalvasiyaya uğradığı bir dövrdə Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin təmin olunması, həmçinin əmək haqlarının, təqaüdlərin, müavi-nətlərin Sizin sərəncamlarınızla artırılması, bir milyondan çox qaçqın və məcburi köçkünün ərzaqla bağlı dövlət müavinətinə əlavə olunması və digər maddi köməkliklər bu gün dünyanın heç bir ölkəsində mövcud deyildir.
    Hörmətli cənab Prezident!
    Ötən il Sizin xarici ölkələrə səfərləriniz, müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərini Azərbaycanda qəbul etməyiniz ölkəmizin nüfuzunun beynəlxalq aləmdə daha da yüksəlməsinə xidmət etmişdir.
    Hazırda müharibə gedən ölkələrdən Avropaya milyonlarla miqrant axını və onlara milli-dini zəmində yanaşma tərzi fonunda Sizin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməyiniz ölkəmizdə multikultural dəyərlərə yüksək qiymət verilməsinin və tolerantlığa dövlət səviyyəsində göstərilən münasibətin Azərbaycan nümunəsini beynəlxalq arenada ortaya qoymuşdur. Bu onu göstərir ki, bizdə bütün millətlərin və dövlətlərin nümayəndələri eyni insan hüquqları çərçivəsində birlikdə, rahat və istədikləri kimi yaşayırlar.
    “Multikulturalizm ili”nin davamı olaraq Sizin tərəfinizdən 2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunmuşdur. Bu, Azərbaycanın bütün dövlətlərlə mehriban sülh şəraitində yaşamaq istəyini bir daha dünyaya nümayiş etdirir. Bu, həmçinin bütün İslam ölkələrinin həmrəyliyinə bir çağırışdır.
    2016-cı il hüquqi-siyasi sahələrdə də mühüm dəyişikliklər ili oldu. Azərbaycan Konstitusiyasının 23 maddəsinə dəyişikliklər və əlavələr edildi. Keçirilən ümumxalq səsverməsi Azərbaycan dövlətinin və xalqımızın demokratiya yolu ilə inamla irəliləməsinin növbəti sübutu oldu.
    Cənab Ali Baş Komandan!
    Sizin cəbhə bölgələrinin sosial-iqtisadi inkişafına xüsusi qayğınız, bu bölgələrdə yaşayan insanlarda dövlətə, öz doğma Prezidentlərinə inamı qat-qat artırır, yürütdüyünüz siyasət nəticəsində Vətənimizin ərazi bütövlüyünün təmin ediləcəyinə güvənc hissimizi daha da möhkəmləndirir.
    Göstərdiyiniz daimi diqqət nəticəsində cəbhə bölgəsi olan Tərtər rayonu da sürətlə inkişaf edir, sosial-iqtisadi məsələlər ardıcıl həll olunur.
    Ötən il tərtərlilər Sizin yüksək alicənablığınızın bir daha şahidi oldular. Aprel hadisələrindən dərhal sonra Sizin özünüzün və xanımınızın həyatınızı riskə ataraq Tərtərə gəlişiniz, erməni artilleriyasının açdığı atəşlər nəticəsində dağılmış evlərin sakinləri ilə görüşləriniz, birbaşa düşmənlə təmas xəttinin cəmi bir neçə yüz metrliyində olmağınız və vəziyyətlə yerində maraqlanmağınız Tərtər camaatında böyük ruh yüksəkliyinə səbəb olmuşdur.
    Sizin tapşırığınız və ayırdığınız vəsait hesabına ziyan dəymiş evlər bərpa edildikdən sonra Mehriban xanım Əliyeva ilə birlikdə dekabr ayının 3-də təkrarən rayonumuza səfər etməyiniz, əhali ilə keçirdiyiniz görüşlər və rayonda müxtəlif yeni obyektlərin açılışında iştirakınız, həqiqətən də, sübut etdi ki, Siz hər bir vətəndaşın qayğısını öz probleminiz kimi qəbul edir və hər kəsə yüksək diqqətlə yanaşırsınız. Tərtərlilər Sizi həmişə seviblər və son səfərləriniz zamanı Siz bir daha bu sevginin şahidi oldunuz. Buna görə də qürurla dediyiniz sözlər–“Xalq ilə iqtidar arasındakı birlik Azərbaycanda sabitliyin qarantıdır. Bizim bütün uğurlarımıza xor baxanlar da bunu bilsinlər”–hər bir vətəndaşın qəlbində əks-səda doğurmuşdur.
    Aprel ayında məhz Sizin rəhbərliyinizlə Azərbaycan Ordusu cəbhədə əsl şücaət göstərdi. Erməni ordusunun gücü haqqındakı mif darmadağın edildi.
    Möhtərəm cənab Prezident!
    Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf kursunu ardıcıl həyata keçirməyinizi və ölkəmizin hərtərəfli tərəqqisinə hesablanmış siyasətinizi tərtərlilər ürəkdən bəyənir və dəstəkləyirlər.
    Xüsusən də 2016-cı ildə kənd təsərrüfatının inkişafına yönəlmiş tədbirlər rayonumuzun sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Əminik ki, bu tədbirlər ölkəmizi daha qüdrətli etməklə yanaşı, sadə kəndlilərin də güzəranını yaxşılaşdıracaq.
    Sizi əmin edirik ki, qarşıya qoyulan məsul vəzifələrin yerinə yetirilməsi, iqtisadiyyatımızın davamlı inkişafının təmin edilməsi üçün qüvvə və bacarığımızı əsirgəməyəcəyik.
    Yeni dünya düzənində doğma Azərbaycanımızın inkişafı, Vətənimizin ərazi bütövlüyünün təmin olunması, xalqımızın xoşbəxt və firavan həyata qovuşması naminə şərəfli və məsul vəzifənizdə Sizə uğurlar arzulayırıq.

    Müraciət Tərtər Rayon İcra
    Hakimiyyəti Başçısının
    21 fevral 2017-ci il tarixli
    hesabat yığıncağının iştirakçıları
    tərəfindən qəbul edilmişdir.

    Müəllif: Redaktor, 14:04

    Teqlər:

İsmarıclar bağlıdır.