Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Fev

    TƏRTƏR RAYONUNUN UĞURLU İNKİŞAFI TƏMİN OLUNUR

    Изображение 008Изображение 1072016-cı ildə Tərtər rayonunun sosi-aliqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib. Yığıncaq iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərin Mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə gül düzüblər.
    Sonra tədbir Mədəniyyət mərkəzində davam etdirilib. Rayonumuzun 2016-cı ildə qazandığı uğurları əks etdirən videoçarx nümayiş olunub. Ötən ilin aprel hadisələri zamanı şəhid olanların və bütövlükdə torpaq uğrunda canlarından keçən vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov “2016-cı ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr” barədə geniş hesabat məruzəsi söyləyib. (Məruzənin mətni qəzetimizin 15 fevral 2017-ci il tarixli sayında dərc olunub).Изображение 096Изображение 139Məruzəçi deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı yola saldığımız ilin yekunlarına qiymət vermiş və cari ildə qarşıda duran əsas strateji hədəfləri müəyyənləşdirmişdir. 2016-cı ildə dünyada və regionda təhlükələr artsa da, qanlı münaqişələr ara verməsə də Azərbaycan öz inamlı inkişafını davam etdirib.
    Изображение 136Изображение 115Ötən il Tərtər rayonu üçün də uğurlu olub. Aprel ayında cəbhədə yaranmış gərginliyə və rayon ərazisində gedən döyüşlərə baxmayaraq, qəhrəman tərtərlilər əllərini işdən soyutmayıblar. Abadlıq, quruculuq işləri yüksək sürətlə
    davam etdirilib, bütün göstəricilər üzrə irəliləyiş təmin olunub, dövlət başçısının tapşırıq və tövsiyələri əsasında kənd təsərrüfatının unudulmuş, lakin gəlirli olan sahələrinin–pambıqçılığın, baramaçılığın, bağçılığın bərpası istiqamətində inamlı addımlar atılıb.
    Изображение 127Изображение 128Rayon rəhbəri bildirib ki, ötən il Prezident İlham Əliyevin xanımı Mehriban Əliyeva ilə rayonumuza 2 dəfə səfər etməsi tərtərlilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Dövlət başçısının diqqət və qayğısından ruhlanan zəhmət adamları 2017-ci ildə də qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirmək üçün mövcud imkanlardan bacarıqla istifadə edirlər.Məruzə ətrafında müzakirələrdə rayon polis şöbəsinin rəisi Rauf Məcidov, kənd təsərrüfatı idarəsinin rəisi Mehman Babayev, təhsil şöbəsinin müdiri Surxay Mirzəyev subartezian quyularının istismarı idarəsinin rəisi Əli Əliyev və mərkəzi rayon xəstəxanasının baş həkimi Yaşar Hüseynov öz sahələri üzrə görülən işlərdən, yol verilmiş nöqsanlardan və qarşıda duran vəzifələrdən danışıblar.
    Изображение 131Изображение 133Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov və Milli Məclisin deputatı Sahib
    Alıyev yığıncaqda çıxış ediblər.
    İki nəfər qabaqcıl kənd təsərrüfatı işçisinə–Nuvay Allahverdiyevə və Miri Rzayevə rayon icra hakimiyyətinin Fəxri fərmanı təqdim olunub.
    Məruzə və çıxışlar dinlənildikdən sonra yığıncaq müvafiq qərar qəbul edib.
    Sonda toplantı iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:23

    Teqlər:

İsmarıclar bağlıdır.