Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16May

    DSC_2124Rayon icra hakimiyyəti Heydər Əliyev Mərkəzində 1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr edilmiş tədbir keçirmişdir. Əvvəlcə tədbirə dəvət olunmuş müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin büstü önünə gül- çiçək dəstələri qoymuşlar. Sonra kitab sərgisinə baxmış, rayon mədəniyyət evinin bədii qiraət ustalarının ifasında müharibə mövzusunda şeirlər dinləmişlər. Zəminə Kazımovanın söylədiyi “Ana və poçtalyon” şeiri alqışlarla qarşılanmışdır.
    Tədbir “Dəyirmi masa” ətrafında davam etmişdir.
    Rayon Əmək və Vətən Müharibəsi Veteranları Şurasının sədri İman Almuradov rayonun müha-ribə veteranları haqqında danışaraq bildirmişdir ki, Böyük Vətən müharibəsində Tərtərdən 2417 nəfər iştirak etmiş, onlardan 1079 nəfəri həlak olmuşdur. O, həmyerlilərimiz İdris İbadovun, Həbib Abbasovun, Xosrov Əhmədovun, Firudun Vəliyevin döyüşlərdə göstərdikləri şücaətlər haqqında toplantı iştirakçılarına məlumat vermişdir.
    Sonra müharibə veteranları Musa Abbasov və Abbasqulu Babayev öz döyüş xatirələrindən danış-mışlar.
    Rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev və Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova çıxış edərək müharibə veteranlarını alman faşizmi üzərində Qələbənin 70 illiyi münasibəti ilə təbrik etmiş, onlara cansağlığı diləmişlər.
    Tədbirdə iştirak edən rayon icra hakimiyyəti başçısının birinci muavini Ramiz Şabanov dövlətimizin başçısı İlham Əliyev tərəfindən veteranlara göstərilən diqqət və qayğıdan danışmış, rayon icra hakimiyyətinin başçısı adından veteranlara qiymətli hədiyyələr təqdim etmişdir.

    Müəllif: Redaktor, 08:47

    Teqlər:

İsmarıclar bağlıdır.