Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    1401733892Bizim başqa xalqlardan fərqlənən gözəl, milli dəyərlərimizi əks etdirən adət və ənənələrimiz var. Novruz bu dəyərlərin ən önəmlisi və təbiətin oyanışını özündə əks etdirən bir bayramdır. Hər bir ailədə Novruzu qeyd etməmişdən əvvəl “Qara bayram” deyilən bir ənənə qeyd olunur ki, həmin vaxt dünyasını dəyişmiş yaxınlar və doğmalar yad edilir, adlarına ehsan süfrələri açılır, qəbirləri ziyarət olunaraq quran surələri oxunur. Gəlin görək “Qara bayram”ı necə qeyd edirik və bu işdə bizim savabımız nə olur? Elə bu fikirlə də Tərtər “Cümə” məscidinin axundu Sadiq Cəfərovu dinləyib onun “Qara bayram” la bağlı fikirlərini öyrəndik.
    Bu il martın 7-də və 9-da rəhmətə gedən doğmalarımızı ziyarət etməklə onları yada salacağıq. Bəzi insanlar ziyarətə gedərkən müxtəlif şirniyyatlar aparıb qəbirlərin üstünə tökürlər, qarşılarına çıxan “yalançı molla”lara dualar oxudur-lar. Belə hesab edirlər ki, bununla da dünyadan köçənləri yad etmiş olurlar. Həmin günü qəbiristanlıqlarda baş verənləri görəndə adamı narahatlıq bürüyür. Öz maraqlarını güdənlər doğmalarını itirmiş insanlara aman vermirlər ki, qəbirlərin yanına çatsınlar. Gah yalvararaq pul, gah da şirniyyat istəyirlər. Bu hal da istər-istəməz dərdli şəxslərin əsəbinə toxunur.
    Əvvəla “Qurani-Kərim”də “Qara bayram”da israfçılıq etmək tövsiyə olunmur. İkincisi qəbirlərin üzərində Quran ayəsini Qurandan xəbəri olmayan, təsadüfi adamlar, maddiyyat xatirinə başlarına fəs qoyub, əllərinə müxtəlif ki-tablar alaraq özlərinin bildiyi kimi oxuyanlar camaatı aldadırlar. “Quran”ı fırıldaqçı adamlar deyil, yalnız Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi, attestasiyadan keçmiş, dini icmaların tərkibində olan şəxslər, məscidin mollaları oxuya bilərlər.
    Bir axund kimi, ənənəvi İslam dinini bilən bir icma sədri kimi camaatımıza məsləhətim və tövsiyəm budur ki, həm dünyadan köçənlərimizə hörmət əlaməti olaraq, həm də israfçılıq edərək və ifrata vararaq qəbirlərin üstünə şirniyyat tökmək əvəzinə həmin şirniyyatları imkansız, ehtiyacı olan qonum-qonşuya, qohum-əqrabaya versinlər.
    Elə insanlar var ki, qəbiristanlıqlarda gözü yaşlı insanlardan əl çəkməyərək pul və şirniyyat tələb edirlər. Onlardansa əlacsızlara əl tutmaqla, ehtiyaclarını təmin etməklə ən böyük savab qazanmış olarsınız.
    P.S. Gəlin, gördüyümüz hər işi islami dəyərlərimiz baxımından elə görək ki, savab dünyasından azacıq da olsa bəhrələnə bilək.

    Söhbəti qələmə aldı: Elfuzə Camalqızı

    Müəllif: Redaktor, 08:31

    Teqlər:

İsmarıclar bağlıdır.