Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    YAP rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə rayon Qadınlar Şurasının üzvləri, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan fəal YAP üzvü olan qadınlar iştirak etdilər.

    Tədbiri giriş sözü ilə açan rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının rus ordusuna məxsus 366-cı alayın bilavasitə iştirakı ilə Xocalı şəhərinə edilən basqın və bunun nəticəsi olaraq yüzlərlə uşaq, qadın və qoca insanların vəhşicəsinə qətlə yetirilmələrindən, o zamankı qətiyyətsiz respublika rəhbərliyinin qətiyyətsizliyindən, bu qanlı faciənin gələcək nəsillərə çatdırılması üçün partiya üzvlərinin məsuliyyətindən danışdı.
    YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Xatirə Məmmədova mövzu ilə bağlı məruzə etdi.
    Tədbirdə rayon mədəniyyət mərkəzində kitabxanaçı Şəlalə Əliyeva, şəhər 2 saylı məktəb-liseyin müəllimi Sevinc Tağı-yeva, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, uşaq musiqi məktəbinin müəllimi Sevil Teymurova çıxış etdilər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:06

    Teqlər:

İsmarıclar bağlıdır.