Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    Hörmətli qadınlar!
    Əziz ana və bacılar!
    Təsadüfi deyil ki, baharın gəlişi duyulduğu bu günlərdə – təbiətin oyanaraq yenidən günəşə boylandığı bir zamanda qeyd etdiyimiz ilk bayram məhz zəriflik və gözəllik timsalı olan qadınların bayramıdır.
    Qadın özünün həyatverici missiyası ilə yanaşı həm də incəliyin, nəcibliyin və xeyirxahlığın rəmzidir. Ana və bacılara hörmət və məhəbbət xalqımızın mentalitetinə xas olan və qədim əsrlərdən bugünədək qorunub saxlanılan adət-lərdəndir.
    Müasir cəmiyyətimizdə qadınlara kişilərlə bərabər hüquqlar verilib. Dövlət quruculuğundan tutmuş biznes sahələrinədək hər yerdə zərif cinsin nümayəndələri layiqincə təmsil olunurlar.
    Cəmiyyətdə fəal vətəndaş, ailədə fədakar ana olan qadınlar həm də gələcəyimiz olan nəslin təlim-tərbiyəsində, onların əsl vətənpərvər kimi böyümələrində əvəzsiz rol oynayırlar. Bu gözəl məziyyətləri bu gün Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında aydın görürük.
    Bu bayram günündə ən xoş arzularımı Tərtər qadınlarına ünvanlayıram. Cəbhə bölgəsində yaşayan bu insanlar vətənə olan sonsuz sevgilərini ötən ilin aprel hadisələri zamanı da sübut etdilər. Vətənə məhəbbətini övlad məhəbbətindən də üstün tutan analar yenə də öz xeyir-duaları ilə oğullarını cəbhəyə göndərir, onları qəhrəmanlıqlara ruhlandırırlar.
    Ölkəmizdə qadınların rolu yüksək qiymətləndirilir, onların hüquqları dövlət səviyyəsində qanunlarımızla qorunur.
    Tərtərdə də öz işini ürəkdən sevən, ictimai işlərdə nümunə olan ana və bacılar çoxdur. Onlar milli adət-ənənələrimizə, xalqımızın mental dəyərlərinə sədaqətləri ilə cəmiyyətdə nümunə göstərirlər.
    Əziz qadınlar! 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə sizin hər birinizi ürəkdən təbrik edirəm! Sizə cansağlığı, ailə səadəti, sülh və əminamanlıq arzulayıram!

    Müəllif: Redaktor, 11:06

    Teqlər:

İsmarıclar bağlıdır.