Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15Mar

    0201Azərbaycan xalqının milli-mənəvi dəyərlərini ta qədimdən indiyədək insanların yaddaşına həkk edən, adət-ənənələrimizi özündə yaşadan bayramlardan biri–ən əzizi Novruzdur.
    Novruzun gəlişilə fəsil dəyişir, qış öz yerini yaza verir. Havalar isinir, torpaq oyanır, təbiət cana gəlir. Bu pərvəriş insanların qəlbində də yüksək əhval-ruhiyyə yaradır. Novruzun gəlişini bildirən əlamətlərin ən başlıcası sıralanıb bir-birini əvəz edən çərşənbələrdir. Bunların birincisi su, ikincisi od, üçün-cüsü yel, dördüncüsü torpaq çərşənbəsidir ki, bunlar bayramın gəlişini bildirir.
    Novruzun gözəl adətlərindən biri də son çərşənbədə axşam “qulaq falı”na çıxmaq adətidir. İnsanlar həmin axşam niyyət tutaraq qonşusunun, qhumunun, həmkəndlisinin qapısına xəlvətcə gedər, içəridən kiminsə xoş söz danışdığını gözləyər. Hətta həmin axşam yaşlı ev sahibləri cavanlara deyərlər ki, yaxşı söz danışın ha, qapını pusan olar.
    03004Əgər həmin vaxt qapını pusan doğrudan da içəridən yaxşı bir xoş söz eşidərsə, çox sevinər. Ən azı sevinər ona görə ki, həyatında hansısa yaxşı bir işin, hadisənin baş verəcəyinə ümid bəsləyər.
    Bayramda yaxın insanlar, qohumlar bir-birinin evinə qonaq gedər, oturub çay içər, bayram süfrəsindəki şirniyyatlardan, təamlardan dadar, bir birilərinin bayramlarını təbrik edərlər.
    Sovet dönəmində xalqımızın bir sıra bayramları kimi Novruz bayramının da keçirilməsi, onun adət-ənənələrinin qorunub saxlanılması yasaq edilsə də, qədirbilən xalqımız Novruz bayramını gizli də olsa yaşadırdı. Azərbaycanımız müstəqillik əldə edəndən sonra hər şey dəyişdi. Söz yox ki, bu, xalqımızın böyük oğlu–Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, yorulmaz fəaliyyəti nəticəsində əldə olundu. Xalqımız əsrlərin sınağından çıxaraq bu günümüzədək tarixi özündə yaşadan Novruz bayramını böyük qürur hissi, təntənə ilə qeyd edir.
    Novruz bayramınız mübarək! Gün o gün olsun ki, gələn Novruz bayramını işğaldan azad edilmiş yurd yerlərimizdə qeyd edək.

    Mirzə Nəsir

    Müəllif: Redaktor, 12:43

    Teqlər:

İsmarıclar bağlıdır.