Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15Mar

    Hörmətli soydaşlarımız, əziz tərtərlilər!
    Novruz təzə gün, ilin başlanğıcı, yazın gəlişi deməkdir. Bu, həm də təmizlik, paklıq bayramıdır.
    Novruzun çox qədim tarixi var. Sovet hakimiyyəti illərində xalqın bu sevimli adət-ənənəsinə dini don geyindirərək, onun unudulmasına çalışsalar da bunu bacarmamışlar. Ailə daxilində olsa da, bu ənənə yaşamışdır.
    Müstəqillik illərində ölkəmizin hər bir guşəsində Novruz yüksək səviy-yədə qeyd olunur, meydanlarda şənliklər qurulur, xalqımızın qədim adət-ləri nümayiş etdirilir.
    Bu il tərtərlilər yazın gəlişini xüsusi coşqu ilə qarşılayırlar. Şəhərimiz başdan–başa yenilənmiş, gözəlləşmişdir. Hər yanda yeni bir təravət duyulur. Yeni parklar salınır, yollar çəkilir, körpülər qurulur, binalar tikilir.
    Ötən il iki dəfə – may və dekabr aylarında rayonumuza səfər edən Azərbaycan Respublikasının Prezidenti İl-ham Əliyev və ölkəmizin birinci xanımı, hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Tərtərin inkişafından razı qaldıqlarını bildirmiş, rayonun qəhrəman sakinlərinin əməyini və vətənpərvərliyini yüksək qiymətləndirmişlər.
    Dövlət başçısının rayonumuza verdiyi yüksək dəyər, həmçinin onun tərtərlilərə göstərdiyi diqqət və qayğı hər kəsi daha həvəslə çalışmağa, qurubyaratmağa və düşmən qarşısında qürurla dayanmağa daha da ruhlandırmışdır. Bu gün həm şəhərimizin abadlaşması davam etdirilir, həm də kənd sakinləri Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş yeni vəzifələrin həyata keçirilməsinə başlayıblar. İlin əkinçilik üçün əlverişli gəlməsi, qış aylarında yağan bol qar və əlbəttə ki, sizlərin işgüzarlığı deməyə əsas verir ki, biz bu vəzifələrin öhdəsindən layiqincə gələcəyik.
    Novruzun gəlişi ərəfəsində rayonumuzda məskunlaşan qaçqın və məcburi küçkün soydaşlarımız da şad xəbər alıblar. Tərtərdə onlar üçün müasir, hər cür şəraiti olan yeni qəsəbənin tikintisinə başlanıb. Həmçinin Şıxarx qəsəbəsində və digər bir neçə kənddə ermənilərin atdıqları mərmilər nəticəsində dağılmış evlərin yerində məcburi köçkünlər üçün yeni fərdi evlər də inşa olunur.
    Beləliklə, Cocuq Mərcanlıdan başlanan “Böyük qayıdış”ın bir yolu da Tərtərdən keçir. Ötən il biz aprel hadisələrini yaşadıq. Ordumuzun qələbəsini qeyd etdik. Bu il də cəbhədə əmin-amanlığımızı qoruyan igid hərbçilərimiz düşmənin hər cür təxribatına layiqli zərbələrlə cavab verirlər. Əlbəttə, müharibə heç zaman itkisiz olmur. Biz yenə də şəhid veririk. Lakin əbədi və əzəli torpaqlarımızı yağı düşməndən mütləq azad edəcəyik. Xalqımıza başsağlığı verir, “Vətən sağ olsun!” deyirəm.
    Qələbə günü uzaqda deyil. Arzu edirəm ki, bu bahar günlərində Cocuq Mərcanlıda yandırılan bayram tonqalı gələn il işğaldan azad edilmiş bütün doğma torpaqlarımızda alovlansın.
    Bahar bayramınız mübarək, əziz həmvətənlərim! Sizlərə bol ruzi-bərəkət, cansağlığı, xoşbəxtlik, mehribançılıq və öz isti ocaqlarınızda firəvan həyat diləyirəm.!

    Müəllif: Redaktor, 14:13

    Teqlər:

İsmarıclar bağlıdır.