Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Mar

    568536Həyat sübut edir ki, qadın həm yaşadığı cəmiyyətdə, həm də ailədə öz doğmalarının, yaxınlarının köməyinə arxalandıqda, potensial imkanlarından maksimum istifadə edə bilir. İlk zamanlar bu, ata-ananın, qardaş-bacının köməyi olur, sonra isə həyat yoldaşının və övladlarının. Qadın hiss etdikdə ki, çalışdığı sahədə onun gücünə, bacarığına inanırlar, daha da irəli gedə bilir. Kişilərlə bərabər çiyin-çiyinə ləyaqətlə çalışır cəmiyyətin fəxrinə, qürur mənbəyinə çevrilir.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Ana məfhumu minillərdən bəri xalqımızın təfəkküründə doğma yurdu, vətən torpağını və dilimizi təcəssüm etdirmişdir. Analarımız azərbaycançılıq məfkurəsinə sadiq layiqli övladların tərbiyəsi üçün üzərlərinə düşən vəzifənin öhdəsindən bu gün də şərəflə gəlirlər. İndi ürəyi ölkəmizə hədsiz sevgiylə dolu, vətəni ana qədər müqəddəs bilərək torpaqlarımızın hər qarışını qorumağa hazır olan, müstəqilliyimizlə yaşıd bir nəsil yetişmişdir. Bu, Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən böyük töhfəsidir”.
    Müstəqillik illərində Tərtər rayonunda qadınların müxtəlif sahələrdə irəli çəkilməsi diqqət mərkəzində saxlanılır. Onlar ənənəvi müəllim, həkim, mədəniyyət işçisi peşələri ilə yanaşı rəhbər vəzifələrə təyin olunur və etimadı doğruldurlar.
    Tərtərli qadınlar həm də vətənpərvər oğullar böyüdürlər ki, bu gün bütün Azərbaycan onlarla fəxr edir.
    Lakin inamsızlıq, yersiz dedi-qodu ən güclü qadını belə sıradan çıxara bilər. Dəhşətlisi də budur ki, zərif məxluqlara əl qaldırıla, onlar başqalarının gözləri qarşısında alçaldıla, təhqir oluna. Çox təəssüf ki, belə ailələr var. Rayonumuzda da onlar yox deyil. Məişət zorakılığının sonu isə, bədbəxt ailələr, uşaqlıqdan məhrum olan övladlardır. Əksər hallarda boşanmağa qərar verən belə cütlüklər səbəb kimi xasiyyətlərinin uyğun gəlmədiyini bildirirlər. Qəribədir, məgər dünyada eyni xasiyyətdə olan iki insana rast gəlmək mümkündürmü? Əlbəttə, yox. Deməli, səbəb xasiyyətlərin müxtəlifliyi deyil, bir-birinə güzəştə getməməkdir.
    Bu gün ölkəmizdə qadınlar yüksək qayğı və hörmətlə əhatə olunublar. Belə münasibəti hər bir qadın öz ailəsində də görməlidir. Çünki bu halda gələcək nəsil də xoşbəxt böyüyür.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 11:12

    Teqlər:

İsmarıclar bağlıdır.