Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Mar

    DSC_4907DSC_4789Şəhər 1 saylı körpələr evi-uşaq bağçasında Novruz şənliyi keçirildi Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Tədbiri bağçanın tərbiyəçisi, həm də şənliyin aparıcısı Sahilə İbrahimova açdı. Körpələr evi-uşaq bağçasının müdiri Mahirə Quliyeva çıxış etdi. Xalqımızın ən gözəl, ülvi bayramlarından biri olan Novruz münasibəti ilə hamıya təbriklərini çatdırdı.
    Mahirə müəllim bağça haqqında qısa məlumat verərək bildirdi ki, burada 6 qrup fəaliyyət göstərir. Onun biri kiçik, qalan 5-i isə böyük qrupdur. Bağçada olan 115 uşağın təlim tərbiyəsi ilə 30 nəfər məşğul olur. Onların 15-i tərbiyəçi, qalanı isə texniki işçilərdir.
    Həmin gün Novruz şənliyinə uşaq yaradıcılıq mərkəzinin şagirdləri də gəlmişdilər.
    Kosanın, Keçəlin, Bahar qızın məclisdə iştirakı alqışlarla qarşılandı.
    Bağçanın tərbiyəçisi Müşgünaz Həsənovanın uşaqlarla birlikdə “Turp” nağılı əsasında hazırladığı səhnəcik daha maraqla oldu.
    Tərbiyəçi Almaz Bədəlovanın qrupundakı uşaqlar “Fincan-fincan” oyununa maraqla baxdılar. 6 fincanın altına qoyulan 1 almanı sonda balaca Məhəmməd tapdı və yedi.
    Tədbirə gələn valideyn, balaca Könül Quluzadənin babası, müharibə veteranı Aydın Quliyev söz alıb danışdı. Qeyd etdi ki bu bağçadakı təlim-tərbiyə işlərindən razıyam.
    Həmin gün 2 saatadək davam edən bayram şənliyində tonqal qalandı. Hamı tonqal ətrafına yığışıb “Bayram axşamları” mahnısını oxudu.

    Mirzə Nəsir

    Müəllif: Redaktor, 11:22

    Teqlər:

İsmarıclar bağlıdır.