Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28May

    DSC_3412Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu Təzəkənd kəndində keçirilmişdir.
    Tədbiri icra başçısı Müstəqim Məmmədov açmışdır.
    Sonra Qaradağlı kənd İƏD üzrə nümayəndə Razil Məmmədov kənd haqqında məlumat vermişdir. Bildirmişdi ki, kənd 205 təsərrüfat olmaqla əhalisinin sayı 875 nəfərdir.
    DSC_3384Kənd ağsaqqalı Davud İbrahimov bölgələrdə, o cümlədən rayonumuzda görülən quruculuq və abadlıq işlərinə xüsusi diqqət yetirdiyinə görə ölkə Prezidenti İlham Əliyevə sakinlər adından dərin minnətdarlığını bildirmişdi.
    Ümumi orta məktəbin direktoru Azər Həsənov kənddə telefon xəttinin olmamasını yada salmışdır.
    Kənd sakinlərindən Köçəri və Əmir Məmmədovlar, Cəmşid Məmmədov, şəhid anası Minarə Mehdiyeva, Seydimli kəndindən Əsgər Abdullayev öz çıxışlarında içməli su üçün 1 ədəd artezian vurulmasından, elektrik dirəklərinin və xətlərinin köhnəlib yararsız hala düşməsindən, bəzi həyətyanı torpaq sahələrinin sənədləşmə işlərindən və.s. bəhs etmişlər.
    Görüş-qəbulda iştirak edən Prezident Administrasiyasının məsul nümayəndəsi Arif Nov-ruzov kənd sakinlərinin müraciətlərinə münasibət bildirmiş və Azərbaycanda həyata keçirilən qlobal layihələrdən, ölkəmizin sosial-iqtisadi inklişafının əsas mərhələlərindən, bu sahədə dövlət başçısı İlham Əliyevin yorulmaz və ardıcıl fəaliyyətindən, həmçinin rayonumuzda aparılan geniş tikinti-quruculuq işlərin-dən, 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması ilə bağlı həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən ətraflı danışdı, insanlara dövlət səviyyəsində göstərilən hərtərəfli qayğını diqqətə çatdırdı.
    Sonra rayon rəhbəri kənd sakinləri tərəfindən qaldırılan məsələlərin operativ həll olunması üçün aidiyyati təşkilatların rəhbərlərinə lazımi tapşırıqlar verdi və bəzi müraciətlər yerindəcə həll olundu.
    * * *
    Rayon icra hakimiyyəti başçısının bundan əvvəlki səyyar görüş-qəbulu Köçərli kəndində keçirilmişdir.

    Müəllif: Redaktor, 09:27

    Teqlər:

İsmarıclar bağlıdır.