Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Apr

    AQRAR YÜKSƏLİŞ ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN ƏSAS ŞƏRTLƏRİNDƏN BİRİDİR

    images588-heyvandarliin-nkafina-hsredlm-zona-mavrlr-kerlckdrSon illər kənd təsərrüfatının müxtəlif sahələrində həyata keçirilən islahatlar bu sahədə çalışan insanların zəhmətinin səmərəliliyinin artırılmasına, eləcə də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə təkan vermişdir. Tərtər rayonunda da aqrar sektorda işlər günü-gündən inkişaf edir. Nəticədə istehsal olunan məhsullar nəinki rayonda, eləcə də paytaxt bazarlarında həvəslə alınır. Hazırda tərtərli sahibkarlar xarici bazarlara məhsul çıxarmaq üçün yeni layihələr hazırlayır, bu məqsədlə əkin sahələrini genişləndirirlər.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələrin inkişafı istiqamətində verdiyi tapşırıqlar rayonumuzda uğurla icra edilir. Hazırda pambıqçılıq, baramaçılıq və xurma istehsalının inkişafı istiqamətində stimullaşdırma tədbirləri həyata keçirilir, bu sahələrdə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır.
    223d9769-f5fd-4cba-8d4f-8a1f8bd5e715Rayonumuzda pambıqçılığın köhnə şöhrətini bərpa etmək üçün əlavə torpaq sahələri əkin dövriyyəsinə daxil edilmiş, şəkər çuğunduru, bağçılıq və başqa sahələrə diqqət gücləndirilmişdir.
    Görülən tədbirlər nəticəsində ötən il rayonda kənd təsərrüfatı məhsulunun ümumi həcmi 2015-ci ilə nisbətən 8,2 faiz artaraq 49 milyon 838,6 min manat təşkil etmişdir ki, onun da 58,1 faizi bitkiçilik sahəsinin, 41,9 faizi heyvandarlığın hesabına formalaşmışdır.
    Keçən il rayonda 7932 hektar buğda sahəsindən 29 min 586 ton məhsul yığılmış, hər hektarın orta məhsuldarlığı 37,3 sentner olmuşdur. Həmin dövr ərzində 1187 hektar sahədən 56 min 872,1 ton şəkər çuğunduru istehsal edilmiş, hər hektardan orta məhsuldarlıq əvvəlki ilə nisbətən 35,6 faiz və ya 125,7 sentner artaraq 479,1 sentnerə çatmışdır ki, bu da respublika üzrə məhsulun həcminə görə rekord göstəricidir. Ölkə başçısının tövsiyə və tapşırığına əsasən, ötən il rayonda bağçılığın inkişaf etdirilməsi məqsədilə 46,5 hektar yeni meyvə bağları salınmışdır. Onun 12,1 hektarı fındıq, 24,4 hektarı xurma, 10 hektarı isə digər meyvə bağları olmuşdur.
    2017-ci ildə rayonda 3000 hektar sahədə pambıq, 2000 hektar sahədə şəkər çuğunduru əkilməsi nə-zərdə tutulmuşdur. 9871 hektar sahədə taxıl səpilmişdir.
    Heyvandarlıq sahəsində də rayonda irəliləyiş vardır. Ötən il 2790,4 ton diri çəkidə ət, 20 min 127,4 ton süd, 7 milyon 815 min ədəd yumurta, 124,6 ton yun istehsal olunmuşdur. 2015-ci ilə nisbətən ət istehsalı 2,1, süd istehsalı 13,4, yumurta istehsalı 0,3 və yun istehsalı 0,5 faiz artmışdır.
    Beləliklə, rəqəmlərdən də göründüyü kimi, aqrar yüksəliş hesabına tərtərlilər ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz töhfələrini verirlər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:33

    Teqlər:

İsmarıclar bağlıdır.