Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Apr

    Изображение 161Изображение 202Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayonda inşa etdirilmiş 5 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.
    Bu münasibətlə keçirilən tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev, rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
    Toplantını Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin müdiri Emil Məmmədov açıb. Sonra Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tərtər Rayon Şöbəsinin sədri Suliddin Yusibov, şəhid ailəsi, ev sahibi Ruqiyyə Ağayeva çıxış edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizdə sosial-iqtisadi siyasətinin nailiyyətlərindən danışıblar.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, rayonumuzda bu günədək 1 ədəd 6 mərtəbəli 54 mənzilli, 2 ədəd iki mərtəbəli hər biri 16 mənzilli, 1 ədəd 2 mərtəbəli 24 mənzilli binalar və 25 fərdi yaşayış evi tikilib şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə paylanıb. Bu gün isə 5 fərdi evin açılışı olub.
    Açılış mərasimində yeni mənzillə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
    Sonra fərdi yaşayış evlərinə baxış olub.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:08

    Teqlər:

İsmarıclar bağlıdır.