Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Apr

    1469795080_14697862273228118668_1000x669.jpg_2Ölkə Prezidenti İlham Əliyevin qeyri neft sektorunu inkişaf etdirmək barədəki sərəncamı ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da böyük ruh yüksəkliyi ilə yerinə yetirilir. Elə buna görə də hələ ötən ilin payızında rayonun təsərrüfatlarında 6874 hektar sahəyə taxıl, 2645 hektar sahəyə arpa səpilmişdir. Bol məhsul götürmək məqsədilə birinci veketasiya suvarması, gübrə verilməsi bütün təsərrüfatlarda keyfiyyətlə həyata keçirilmişdir.
    Mal-qaranın yem bazasını möhkəmləndirmək, ət, süd istehsalını artırmaq üçün 368,7 hektara yonca toxumu səpilib. Bu işdə bir sıra təsərrüfatlar xüsusilə fərqlənib. Belə ki, Borsunlu və Hacıqərvənd kəndlərinin hər birində 60, Sarovda 20 hektar sahəyə yonca səpilib.
    Əkinçi üçün yaxşı bazarı olan bitkilər şəkər çuğunduru və günəbaxandır. Bu bitkilərin becərilməsi kənd əməkçiləri-nin ailə büdcəsinə yaxşı gəlir gətirir. Günəbaxan bitkisinin istehsalı və emalı ilə məşğul olan “Patron” şirkəti Xoruzlu kəndində yerləşir. Həmin kənddə 100, Bəyimsarovda 180, İsmayılbəylidə 50, Kəbirlidə 60, Qaraqoyunluda 35, Borsunluda 12 hektar sahəyə günəbaxan toxumu səpilmişdir.
    Şəkər çuğunduru sahələrində səpin aparılması diqqət mərkəzindədir. Rayon kənd təsərrüfatı idarəsinin məlumatına əsasən, 1410 hektar sahədə çuğundur əkini aparılıb.
    Yuxarı Qapanlıda 230, Evoğluda 38, Ələsgərlidə 3 hektar sahəyə toxum səpilib. Əkilən sahələrin hamısında yaxşı bitiş alınıb. İndi birinci becərməyə başlanıb.
    Fermer və ailə fermer təsərrüfatlarının üzvləri bir neçə gündür ki, yazın gəlişi ilə əlaqədar bütün sahələr üzrə yaz-lıqların əkini, becərilməsi və suvarma işlərini yüksək səviyyədə yerinə yetirməyə çalışırlar.
    Cəbhə bölgəsi olan Tərtərdə hamı bir məqsəd uğrunda mübarizəyə qoşulub: ölkə Prezidentinin tapşırığına əsa-sən qeyri neft sektorunu inkişaf etdirməklə yüksək nailiyyətlər qazanmaq.
    İndi kənd əməkçilərinin əsas yaz qayğılarından biri və ən başlıcası bol pambıq üçün çiyid səpininin mütəşəkkil su-rətdə başa çatdırılmasıdır. Bu il rayonda 3 min 68 hektara çiyid toxumu əkmək nəzərdə tutulub. Bunun üçün təsərrüfatlara müasir tipli səpin aqreqatları gətirilmiş, mövcud aqreqatlar normal təmir olunub sazlanmışdır. İndiyədək rayon üzrə 2721,5 hektar sahəyə çiyid səpilmişdir. Bu iş mütəşəkkilliklə davam etdirilir.

    Əvəz Nəsirov

    Müəllif: Redaktor, 09:54

    Teqlər:

İsmarıclar bağlıdır.